Azərbaycan prezidenti Gəncədə körpələr evinin açılışında iştirak edib
17 Fevral 2016 13:28 SiyasətAzərbaycan prezidenti İlham Əliyev "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Məlumata görə, prezident körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır. Diqqətə çatdırılıb ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində çalışan işçilərin övladıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00