Appaturay: “NATO beynəlxalq prinsiplər arasında fərq qoymur”

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycanla Sülh Naminə Tərəfdaşlıq Proqramı ilə başlayan uzunmüddətli əməkdaşlığımız var". APA-nın xəbərinə görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan Diplomatik Akademiyasındakı mühazirə zamanı deyib. "Azərbaycan NATO-ya sülhməramlı əməliyyatlarda yardım edir. Minalardan təmizlənmə ilə bağlı proqramınız fəaliyyət göstərir. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsində NATO tərəf deyil və ittifaq Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir", - deyə o, söyləyib. C. Appaturay NATO-nun ərazi bütövlüyü, yoxsa xalqların öz müqəddəratını təyinetmə prinsipini üstün tutduğu barədə suala cavabında bildirib ki, NATO prinsiplər arasında fərq qoymur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00