Xarici ölkələrdə Xocalı tədbirləri keçiriləcək

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Avropanın bir çox ölkələrinin- Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Moldova, Belorusiya və digər ölkələrin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarında videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq. Fevralın 24-də Finlandiya Azərbaycan Assosiasiyası, fevralın 26-da Danimarka Krallığında fəaliyyət göstərən "Vətən" Cəmiyyəti, Azərbaycan İsveç Federasiyası, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və digər Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Xocalı faciəsi mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Almaniyadakı Azərbaycan Evinin təşkilatçılığı ilə Berlində "Aleksandr Plats" meydanında fləşmobun və fevralın 28-də isə Brandenburq darvazası qarşısında Xocalı faciəsinə həsr olunan yürüşün keçirilməsi də nəzərdə tutulur.  Atatürkçü Düşüncə Dərnəyi, Azərbaycan Evi kimi təşkilatlar da Xocalı qətliamına həsr olunan tədbir, fotosərgi və film nümayişi təşkil edəcək. Niderland Krallığında fəaliyyət göstərən "Odlar Yurdu" Cəmiyyəti tərəfindən Xocalı faciəsinə həsr olunan broşurlar paylanılacaq,fevralın 26-da isə Azərbaycan Türk Kültür dərnəyi tərəfindən Niderland parlamentinin önündə Xocalı faciəsini əks etdirən çadır quraşdırılacaq. Xocalı soyıqırımının iyirmi dördüncü ildönümü ABŞ və Kanadada da kütləvi tədbirlərlə anılacaq. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan  anım mərasimi keçirəcək, ABŞ Konqresinə, eləcə də ştatların qanunvericilik orqanlarına müraciətlər göndərəcək, Rusiyanın bir çox kütləvi informasiya vasitələrində  Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən materialların nəşri, Türkiyədə isə "Xocalı Şeir antologiyası" kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00