Komando bölmələrinin məşqlərindən görüntülər
9 Fevral 2024 10:33 Ordu2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər.
İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib.
Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib.
Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31