Azərbaycan hərbçiləri Qazaxıstanda hərbi təlimlərdə iştirak edəcək

Qazaxıstanda bu il keçiriləcək irimiqyaslı hərbi təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunması məqsədilə qardaş ölkələrin xalqları və silahlı qüvvələr arasındas dostluq əlaqələrinin qorunub saxlanılması son dərəcə mühümdür.

Nazir qeyd edib ki, 2024-cü ildə Qazaxıstanda keçiriləcək hərbi təlimlərdə Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingenti iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31