Xüsusi Təyinatlılar “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək
16 Noyabr 2023 18:33 OrduXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsi "Doğu Akdeniz-2023" beynəlxalq təlimində iştirak edəcək.
Müdafiə Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan "Doğu Akdeniz-2023" beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31