Azərbaycan hərbçiləri "Bayraktar AKINCI" kursunda məzun olub

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin bir neçə üzvü Türkiyədə "Baykar" şirkəti tərəfindən təşkil edilən "AKINCI pilotsuz uçuş aparatını idarəetmə kursu"nda məzun olublar.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbçilər "Bayraktar AKINCI" hücum pilotsuz uçuş aparatının idarəedilməsi bacarığına yiyələniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31