“Vətən övladları "müharibə qurbanları" deyil, Vətən müharibəsi qəhrəmanlarıdır”- POLİTOLOQ

"Azərbaycan adlı məmləkətin ərazi bütövlüyü uğrunda öz üzərinə düşən vəzifəni şərəflə, ləyaqətlə və cəsarətlə yerinə yetirən, şəhidlik zirvəsinə yüksələn Vətən övladları "müharibə qurbanları" deyil, Vətən müharibəsi qəhrəmanlarıdır". Bunu "Olaylar"a deyən politoloq Nurlan Qələndərlinin sözlərinə görə, bu, milli qürur, milli ləyaqət və milli mənəviyyat məsələsidir: "Azadlıq Radiosunun sosial şəbəkədə - "facebook" hesabında bu ifadədən istifadə etməsi xalqın milli məsələsinə  kosmopolit baxışın ifadəsi, sayğısızlıq sindromunun göstərcisidir. Azərbaycan dilində danışan heç bir şəxs, yazan və yazdıran heç bir resurs bu ifadədən istifadə edə bilməz. Çünki dil milli məsələdir, Vətən müharibəsi və qəhrəmanları isə hər hadisənin fövqündə duran ümummilli hadisə - müqəddəs Zirvə nöqtəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31