Ermənilərin hərbi texnikaları Qarabağdan çıxarılır

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikaları əllərindən alınır.

Kanal.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində bir çox paylaşımlar edilib.

Xankəndidə yaşayan Marat Yeqanyan adlı erməni istifadəçi sosial şəbəkə hesabında belə yazıb:

"Hərbi texnikaları Qarabağdan çıxarıb aparırlar".

O, yazılan şərhlərdən birinə cavab isə olaraq bildirib ki, Xankəndidə texnika daşımaq üçün istifadə olunan çoxlu sayda maşınları müşahidə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31