Azərbaycan qırıcıları Türkiyədə uçuşlar həyata keçirəcək
18 Sentyabr 2021 18:43 OrduAzərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri "Texnofest-2021" festivalında iştirak edəcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31