Xüsusi təyinatlılar təlimdə müxtəlif silahlardan atəş açdılar - VİDEO
13 Sentyabr 2021 21:40 OrduAzərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç qardaş - 2021" beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.
Qeyd edək ki, "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31