Azərbaycan və Türkiyə hərbçilərindən ibarət "Qardaş briqada" yaradıldı

"Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyumlu hala gətirilməsi üçün "Qardaş briqada" layihəsi başladılıb".

APA-nın xəbərinə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib.

P. Kara deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin müvafiq heyətlərinin birgə təlim və tədrisi davam edir: "İki dövlət, tək millət" anlayışı ilə qədərdə və sevincdə bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davasında bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31