“Qardaşlarımıza “xoş gəlmisiniz” deyirik” - Türkiyə MN
Türkiyənin Milli Müdafiə Nazirliyi sentyabr ayında Konyada keçiriləcək "TurAz Şahini-2021” hərbi təlimləri ilə bağlı məlumat paylaşıb
2 Sentyabr 2021 22:27 OrduTürkiyənin Milli Müdafiə Nazirliyi sentyabr ayında Konyada keçiriləcək "TurAz Şahini-2021" hərbi təlimləri ilə bağlı məlumat paylaşıb.
Məlumat Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında paylaşılıb.
"Konyada "TurAz Şahini-2021" hərbi təlimlərində iştirak edəcək Azərbaycan Hava Qüvvələrinin 2 Mig-29 və 2 Su-25 təyyyarələri 78 personal ilə ölkəmizə gəldi. Qardaşlarımıza "xoş gəlmisiniz" deyirik", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, "TurAz Şahini-2021" hərbi təlimləri sentyabrın 6-dan 17-nə kimi davam edəcək.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31