Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində yanğınlar törədib - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.

"Nuhçıxan" xəbər verir ki, son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədilir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.

Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib

Düşmən müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir.

Əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər.

Düşmənin təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31