İt öz sahibini xəstəxanada tək qoymadı

Londonun Harrou rayonunda bir it öz sahibinin xəstəxanadan çıxmasını günlərlə həmin xəstəxananın qabağında gözləyib. Lenta.ru saytının xəbərinə görə, it sahibinin səhhəti onu parkda gəzintiyə çıxararkən pisləşib. Adı açıqlanmayan britaniyalını təcili tibbi yardım maşını apararkən itini də həmin maşına buraxıblar.

İtin sahibinə tibbi yardım göstərilən zaman it də Nortuik Park xəstəxanasının qabağında gözləyib. Tibb müəssisəsinin işçiləri itə isti yemək, su və yatacaq veriblər. İtin orda nə qədər qaldığı açıqlanmır. Amma kişini xəstəxanadan buraxanda o, qapıda itinin onu gözlədiyini görüb. Oktyabr ayında isə Miçiqan ştatında sahibləri tərəfindən atılan bir itin aylarla atdıldığı yerdə öz sahibini gözləməsi barədə xəbər yayılmışdı.

Bu ləqəbli it sahiblərinin atdığı zibil və mebellərin yanında gözləyirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31