Azərbaycanlı müğənni vəfat etdi - FOTO
Müğənni Kamandar İbrahimov vəfat edib
16 Avqust 2021 18:34 MusiqiMüğənni Kamandar İbrahimov vəfat edib.
65 yaşlı müğənninin uzun müddətdir səhhətində problem var imiş. Bu haqda onun həmkarları məlumat yayıb.
Qeyd edək ki, K.İbrahimov 21 iyul 1956-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olan Kamandar İbrahimov həmin ildən müğənniliyə başlayıb. K.İbrahimov həm də həvəskar şair və bəstəkar kimi fəaliyyət göstərib.
K.İbrahimov 2018-ci ildə oğlu Elbrusu itirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31