“Adam var evində otuz nəfər işləyir”- Sahib Məmmədov
“Qulluqçusu, dayəsi, bağbanı, itgəzdirəni, nəzarətçisi, şəxsi sürücüsa və sair işçiləri var, amma əmək münasibətləri onlara şamil edilmir”
15 Fevral 2021 15:33 Müsahibə"Qulluqçusu, dayəsi, bağbanı, itgəzdirəni, nəzarətçisi, şəxsi sürücüsa və sair işçiləri var, amma əmək münasibətləri onlara şamil edilmir"
Hazırda ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi sahəsində çoxsaylı problemlər yaşanmaqdadır. Əmək qanunvericiliyindən tutmuş əmək müqavilələrinin bağlanması, rəqəmsal məşğulluğa keçidlə bağlı ziddiyyətli məqamlar zaman-zaman ortaya çıxmaqdadır. Əmək münasibətlərindəki problemlər və onların həlli yolları ilə bağlı suallarımızı Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov cavablandırıb.
-Sahib müəllim, hazırda ölkədə əmək münasibətləri sahəsində bir sıra problemlər müşahidə olunmaqdadır. Sizcə qüvvədə olan əmək qanunvericiliyində hansı boşluqlar var ki, çoxsaylı problemlər ortaya çıxır?
-Hazırda qüvvədə olan əmək qanunvericiliyi Sovet əmək münasibətlərini tənzimləyən məcəllədən təcümə olunaraq uyğnlaşdırılmış anoliji bir məcəllədir. Təsəvvür edin ki, bunu post-kolxoz dövrünün məcəlləsi adlandıra bilərəik. Bu baxımdan onlarla məsələlər var ki, qüvvədə olan məcəllə onları tənzimləyə bilmir. Həmin məcəlləyə də 300-dən artıq dəyişiklik edilib. Təxminən 90-a yaxın qanunda 330 dəyişiklik edilib. Ona görə də hazırki Əmək Məcəlləsi funksionallığını itirib.
Bundan başqa 2014-cü ildə Əmək Məcəlləsinə dəyişiklik edilib və əmək müqavilələrinin elektron qeydiyyat sistemi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə Qaydalar təsdiq olunub və onun əsasında Elektron İnformasiya Sistemi yaradılıb.
Bu sistemlə Əmək Məcəlləsi arasında onlarla ziddiyyət və uyğnsuzluq var. Bu gün işəgötürən həmin Məcəllə ilə əmək münasibətlərini tənzimləyə bilmir. Məsələn, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verir, işçi inzibati qaydada şikayət edir, nəticədə yuxarı orqan deyir ki, onu işə bərpa elə. Yaxud, işçi məhkəmə qərarı ilə işinə bərpa olunur. Amma Əmək Məcəlləsində bərpa məsələsi olduğu halda elektron sistemdə bu məsələ yoxdur. Elektron sistemdə bu halda işçini yalnız təzədən işə götürmək kimi rəsmiləşdirmək mümkündür. Bandan başqa, əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxs Azərbaycanda əmək fəaliyyəti üçün iş icazəsi alır, bu iş icazəsinin maksimum müddəti bir ildir. Beş il müddətində hər il yeni müqavilə bağlana bilir ki, bu da müddətli müqavilə hesab olunur. Ancaq beş ildən sonra onunla müddətsiz müqavilə bağlayanda elektron sistem onu qəbul etmir. Bildirilir ki, onunla daimi müqavilə bağlanmalıdır. Elektron İnformasiya Sistemində bu kimi onlarla paroblem var. Ona görə də təklif eləmişik ki, yeni Əmək Məcəlləsinin hazırlanması üçün komissiya yaradılmalıdır. Çünki bu Əmək Məcəlləsi ilə hazırki iqtisadi münasibətlər fonunda əmək münasibətlərini tənzimləmək mümkün deyil. Nə qədər ki, bu Məcəllə var, buna əlavə və dəyişikliklər edilsə belə mövcud problemləri həll etməyəcək. Həmçinin, "Dövlət qulluğu haqqında" qanunda, hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən qanunlarda da əmək münasibətlərinin tənzimlənməsi hissəsinə aid olan hissələrdə ziddiyətlər var ki, onlar da aradan qaldırılmalıdır. Əmək münasibətlərini tənzimləyən mindən artıq bir-birinə zidd normativ hüquqi akt var ki, onlar yenidən təftiş olunmalıdır. Ümumiyyətlə əmək qanunvericiliyi sistemi yenidən formalaşdırılmalıdır. Ən böyek problem bu məsələlərdədir.
- Hazırda ölkədə rəqəmsal məşəulluğa keçid tətbiq olunmaqdadır. Bu yenilik əmək münasibətlərinin tənzimlənməsi məsələsinə nə vəd edir?
- İndi 21-ci əsrin yeni çağırışları ortaya çıxıb. 30 il bundan əvvəl rəqəmsal məşğulluq, məsafədən məşğulluq, onlayn məşğulluq kimi anlayışlar yox idi. Ona görə də deyirəm ki, əmək funksiyalarını məsafədən yerinə yetirmək, bu zaman iş rejiminin tənzimlənməsi kimi məsələlər yeni qanunvericilkdə əksini tapmalıdır. Hazırda bu məsələlərin hamısı başlı-başına qalıb. Pandemiya dövründə karantinlə bağlı məsələlərdə də xeyli problemlər otaya çıxdı. Məsələn, hökumətin qərarı ilə işlər dayandırılır, amma bu boşdayanma hesab olunur, yoxsa yox məsələsi açıq qalır. Əgər boşdayanma hesab olunursa hansı müddət nəzərdə tutulur, belə haldı ödəniş necə həyata keçirilməlidir? Ona görə deyirəm ki, bu məsələlər yeni Məcəllə ilə tənzimlənməlidir. Ölkədə bir-birindən fərqlənən müxtəlif iş yerləri var. Məsələn, qeyri-hökumət təşkilatlarında, media orqanlarında əmək münasibətləri necə tənzimlənir? Bu qurumlarda, dini təşkilatlarda, eləcə də vaxt rejimi ilə işləyən iş yerlərində, aqrar-ailə kəndli təsərrüfatlarında, yaxud fiziki şəxs olaraq muzdla işə cəlb olunan iş yerlərində əmək münasibətlərinin tənzimlənməsinin xüsusuiyyətləri, ev işlərinə cəlb edilən işçilərlə əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri kimi məsələlər ayrı-ayrı fəsillərdə işlənməlidir. İndiki Məcəllədə bunların heç biri yoxdur, ona görə də yüzlərlə problem çıxır.
- Hazırda məşğulluq sahəsində də bir sıra problemlər müşahidə olunmaqdadır. Əmək bazarına cavab verən kadrların hazırlanması üçün hansı adımların atılmasına ehtiyac var?
- Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyi məşğulluq sahəsində əhəmiyyətli islahatlar həyata keçirir. Məşğullluq üzrə Dövlət Agentliyi Publik Hüquqi Şəxs yaradılıb, bu sahədə səriştəli olan bir şəxs-Mustafa Abbasbəyli ora rəhbər təyin olunub. "Məşğulluq haqqında" yeni qanun 2018-ci ildə qəbul olunub, paralel olaraq "İşsizlikdən sığorta haqqında" qanun qəbul olunub. Problemlər qismən aradan qaldırılır. Amma ümumiyyətlə məşğulluq, işsizlik kimi anlayışlara yenidən baxılmalıdır. Bizim ölkəmizdə ilk dəfə olaraq muzdla işləyənlərin sayı bir milyon yeddi yüz minə çatır, bu isə ümumu məşğul əhalinin heç üçdə biri də demək deyil. Yaxud, ölkədə altı milyon iki yüz mindən çox əmək qabiliyətli əhali var ki, onlardan bir milyon iki yüz mini iqtisadi qeyri-fəal əhali sayılır. Bunu hansı kriteriya əsasında hesablayıblar, əslində onların çoxu işsizdir. Yaxud ölkədə üç milyona yaxın məşğul insan var, statistikada onlar məşğul gedir, amma harada məşğuldirlar, bu barədə məlumat yoxdur. Bilinmir ki, kənd təsərrüfatında məşğuldurlar, özünəməşğullardır, kimlərdir. Minlərlə təmir-tikinti briqadaları var ki, ev tikirlər, təmit işləri ilə məşğul olurlar, amma heç biri qeydiyyatda deyil. Ev qulluğunda çalışanların əmək münasibətlərinin tənzimlənmməsi ilə bağlı Əmək Məcəlləsində bir sətir də yoxdur. Adam var evində otuz nəfər işləyir, qulluqçusu, dayəsi, bağbanı, itgəzdirəni, nəzarətçisi, şəxsi sürücüsa və sair işçiləri var, amma əmək münasibətləri onlara şamil edilmir. Bunlar hamısı açıq qalan məsələlərdir.
- Hazırda əmək haqlarından tutulmalarla bağlı narazılıqlar var. Bu sahədə boşluqlar nədən ibarətdir?
-Əmək haqlarından tutulmalar vergilər və sosial ödəmələr, eləcə də həmkarlarla bağlıdır. İndi bunların çeşidi artmaqdadır. Bu ildən onların üzərinə icbari tibbi sığorta da əlavə edilib. Özəl sektorda bu ödəmə ilə bağlı işçinin əmək haqqının 1 faizi qədərdir, neft və dövlət sektorunda isə 2 faiz təşkil edir. Eyni zamanda, işəgötürən də yenə həmin sektorda işçinin əmək haqqının 2 faziz, özəl sektirda 1 faiz icbari tibbi sığorta ödəyir. Bundan əlavə İşsizlikdən Sığorta Fonduna ödəniş 0,5 faiz işçidən, 0,5 faiz işəgötürındən tutulur. Bundan əlavə icbari dövlət sosial sığortası var ki, dövlət və neft sektorunda içi əmək haqqının 3% miqdarında, işəgötürən isə işçinin əmək haqqının 22% miqdarında icrabi sığorta ödəyir. Qeyri-neft və özəl sektorda isə işçinin əmək haqqının 200 manata qədər olan hissəində bu nisbət qalsa da ondan artıq hissədə bögü dəyişir və işçidə 10%, işəgötürəndə 15% olur. Birdə gəlir vergisidir ki, demək olar ki, özəl sektorda bu vergi ləğv olunub. Əmək haqqının 8 min manatdan yuxarı olan hissəsi gəlir vergisinə cəlb olunur, amma neft sektorunda və büdcədən maliyyələşən dövlət sektorunda gəlir vergisi əvvəlki qaydada qalıb. Ona görə də son vaxtlar müəllimlər, həkimlərin maaş alanda gördülər ki, əmək haqları bir qədər də azalıb. Əslində bu, icbari tibbi sığortaya görə tutulan məbləğdir. Məlum olduğu kimi yanvarın 1-dən dövlət büdcəsində çalışanlardan əmək haqqının 2 faizi qədər vəsait tutlmağa başlayıb. Bu da bir qədər ajiotaj yaratmışdı, narazılıqlar da yalnız bu məsələ ilə bağlıdır.
- Əgər vətəndaş illərlə pensiya fonduna ödəmələr edibsə, vətəndaş vəfat etdikdən sonra fonda yığılan vəsaitn taleyi qanunvericilikdə necə tənzilənir?
-İşçilərin icbari dövlət sosial sığortasına ödəmələrdə işəgötürınin sığortaladığı hissə və işçinin özündən tutulan hissə var. Məlum olduğu kimi pensiyalar sığorta və yığım hissədən ibarətdir. Bu günkü gün üçün minimum pensiya 200 manatdan ibarətdir. Hazırda şəxsin pensiyaya çıxa bilməsi üçün 28 min 800 manat kapitalı, yaxud 25 il iş stajı olmalıdır. Eyni zamanda, ölkədə yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya var. Yalnız üçüncü halda ailədə həddi-buluğa çatmayan, yaxud 23 yaşına qədər təhsil alan varsa, əlilliyi varsa, o halda ailə başçısını itirməyə görə həmin kapitaldan istifadə etmək olur.
Alim
Olaylar.az