Kuba ABŞ işğalına hazırlaşır: Əhaliyə silah paylanıldı
11:06 DünyaKuba əhalini mümkün ABŞ işğalına hazırlaşmağa çağıraraq mülki şəxslərə silah paylamağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Version Final" nəşri məlumat yayıb.
Məlumata görə, bu addımlar ada ətrafında gərginliyin artması və ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi ilə əlaqələndirilir.
CNN müxbiri Patrik Oppman bildirir ki, mümkün hərbi ssenariyə hazırlıq artıq Havanada gündəlik həyata təsir göstərib. Dövlət qurumları və təşkilatları fövqəladə vəziyyət və hərbi əməliyyatları müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31