Ermənistanda parlament seçkiləri keçirilir

Bu gün Ermənistanda parlament seçkilərində səsvermə başlayıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası xəbər verib.

Məlumata əsasən, seçicilərin ümumi sayı 2 milyon 505 min 102 nəfər təşkil edir. Yerli vaxtla səhər saat 8:00-dan etibarən respublika üzrə 2005 seçki məntəqəsi açılıb.

Seçkilərdə 16 partiya və 2 blok iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31