Azərbaycanın bizə ehtiyacı olduğu halda canla-başla xidmət etməyə hazırıq”- MÜSAHİBƏ-ÖZƏL
Mehmet Sadık Akyar: “Lazım gələrsə, Türkiyə Azərbaycanda hərbi baza qurar”
24 Avqust 2020 11:01 MüsahibəMehmet Sadık Akyar: "Lazım gələrsə, Türkiyə Azərbaycanda hərbi baza qurar"
Türkiyənin qlobal miqyasda artıq söz sahibinə çevrilməsi dünyanın bir sıra güc mərkəzlərini ciddi şəkildə narahat etməkdədir. Ona görə də müntəzəm olaraq antiTürkiyə tərəfdarları Ankara üçün problem yaratmağa çalışırlar. Bu günlərdə Şərqi Aralıq dənizində Yunanıstanla yaşanan problemi də bəzi analitiklər Türkiyəni zəiflətmək üçün Qərbin ortaya atdığı ssenari kimi dəyərləndirirlər. Bəs görəsən reallıqda bölgədə nə baş verir? Ümumiyyətlə, Türkiyənin artan siyasi və hərbi gücü nədən qlobal gücləri narahat edir? Eləcə də qardaş ölkənin qlobal gücə çevrilməsinin Azərbaycana hansı faydaları ola bilər? Bu və ya digər suallarla Girnə Amerika Universitetinin (GAU) yardımçı dosenti, təhsil ocağının Siyasi Elmlər Fakültəsinin müəllim, GAU Beynəlxalq Diplomatiya Məktəbi və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri Köməkçi. Mehmet Sadık Akyara müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Mehmet Sadık Ayar Azərbaycan-Türkiyə hərbi təlimləri, eləcə də Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq mümkünlüyündən də danışıb.
-Sadık bəy, son həftələrdə Şərqi Aralıq dənizində Yunanıstan və Türkiyə arasında baş verən hadisələrini necə qiymətləndirirsiniz? Problem hansı zərurətdən yenidən ortaya çıxdı?
-Əslində Şərqi Aralıq dənizindəki əsas problem Yunanıstan və Cənubi Kipr Rum Rəhbərliyinin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) hüquq və mənafelərini qorumaq istəyinə qarşı çıxmaqdan irəli gəlir. Yunanıstanın Şərqi Aralıq dənizində sahilləri olmadığı halda, Aralıq dənizinin şərqindəki ən uzun sahil xəttinə sahib olan Türkiyənin bu imkanlarını maksimum dərəcədə məhdudlaşdırmağa çalışır. Cənubi Kipr Rum Rəhbərliyi isə KKTC-nin və Türkiyənin Kipr adası ətrafındakı enerji sahələrində hüquqlarına qəsb edərək birtərəfli qaydada hərəkət edir. Xüsusilə 2004-cü ildə Cənubi Kipr Rum Rəhbərliyinin Avropa Birliyinı üzv olmasından sonra Yunanıstanla birlikdə Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hər fürsətdə addım atır və bu prosesə Avropa Birliyi ölkələrini də cəlb etmək istəyir. Son illərdə Türkiyəyə qarşı bu istiqamətdə atılan addımlar daha da artmaqdadır.
Yunanıstan və Türkiyə arasında Aralıq dənizinin şərqində meydana gələn son gərginlik aşağıdakı kimi inkişaf edib. Türkiyə Antaliyanın Kaş mahalından 2,1 km məsafədə olan Yunanıstana aid Meis adasının cənubundakı NAVTEX (Dənizçilərə Bildiri) elan etmiş və Oruc Rəis araşdırma gəmisinin bu bölgələrdə araşdırma apardıqlarını bəyan etmişdi. Bunun üzərinə Yunanıstan demək olar ki, həyəcan təbili ilə hərəkətə keçdi. Bundan sonra AB-nin müvəqqəti prezidenti olan Almaniya kansleri Merkel Prezident Ərdoğanla görüşdü və gərginliyi azaltmaq üçün NAVTEX-in ləğv edilməsini istədi. Cənab. Ərdoğan bunu diplomatik bir jest edərək ləğv etdi. Ancaq Yunanıstan diplomatik qaydalara məhəl qoymadan Almaniya kansleri Merkelin nüfuzunu və ortaya qoyulan səyləri sarsıdaraq, Liviya və Türkiyə ilə imzalanmış sazişin bir hissəsi kimi Misirlə anlaşma imzaladı. Belə olan halda Türkiyə də, beynəlxalq hüququn pozulduğu ifadə edərək yenidən Oruc Rəis Araşdırma Gəmisini hərbi gəmilərin müşayəti ilə bölgəyə göndərdi. Yunanıstan və Türkiyə arasındakı son gərginlikdə bu şəkildə ümumiləşdirmək olar. Hazırda Oruç Rəis Gəmisi hərbi gəmilərin müşayiəti ilə bu bölgədəki fəaliyyətini davam etdirir.
-Şərqi Aralıq dənizində yaşanan hadisələri Türkiyəni zəiflətmək üçün Qərb və ABŞ tərəfindən hazırlanan ssenari hesab etmək olarmı?
-Bu mövzuda birbaşa bir planın mövcudluğu haqqında danışmaq düzgün olmaya bilər. Ancaq bu da tarixi bir həqiqət olaraq qarşımızda dayanır. Qərb ölkələri davamlı olaraq Anadoludan Türkləri çıxarmaq istəyiblər. Ancaq bunu bacarmayınca Türkiyənin enerjisini, gücünü məhv edə bilmədiyi üçün müntəzəm olaraq yeni bir problemlər yaratmışlar. Vətəndaşlarımızın Suriya və İraqdan, PKK / YPG / PYDchr("39")nin terror hücumlarından təhdid edilməsi, dəniz sərhədlərinə təcavüz riski, KKTC-nin haqq və hüquqlarının Cənubi Kipr Rum rəhbərliyi tərəfindən tanınmaması, Liviyada Türkiyəyə, Qafqazlarda Ermənistan tərəfindən Azərbaycana qarşı hücumlar belə bir sistemli planın mövcudluğunu təsdiqləyir. İndi çoxqütblü və tərəfli dünyada təəssüf ki, Türkiyəyə qarşı yalnız ABŞ, Avropa Birliyi və ya Rusiya tərəfindən müəyyən basqıların olduğunu görmürük. Eyni zamanda Türkiyəyə qarşı bu hücumlarda Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi müsəlman ölkələri də var. Bu isə bizə ölkələr arasında maraq və mənfəətlərin vacib olduğunu göstərir.
-Bu hadisələrin nəticəsi necə ola bilər?
-Yunanıstan və Türkiyə arasındakı Şərq Aralıq dənizində yaşanan bu hadisələrin bir müddət bu şəkildə davam etməsi gözlənilir. Çünki Yunanıstan və Cənubi Kipr tələbləri yerinə yetənə qədər bu şəkildə hərəkət etməyə davam edəcəklər. Ancaq Yunanıstan bir şeyi unutmamalıdır. Belə ki, Afina Türk İstiqlal Müharibəsindən etibarən Türkiyə üzərində heç bir üstünlük qazana bilməyib. Yalnız Amerika və Avropa Birliyinin dəstəyi ilə AB və NATO-da dəcəl uşaq rolunu oynamaqdadır. Hazırda eyni rolu Rum Rəhbərliyi Kiprdə KKTC-yə qarşı oynayır. Türkiyə hər sahədə Yunanıstana qarşı üstün mövqedə olmasına baxmayaraq, həm Şərqi Aralıq dənizi daxilində, həm də Egedəki problemlərin qarşılıqlı dialoqla həllinə çalışmaqdadır. Əgər Yunanıstan və Cənubi Kipr Rum Rəhbərliyi qeyri-konstruktiv münasibətlərini davam etdirsələr, o halda itirən tərəf onlar olacaqlar. Problem hər hansı bir şəkildə həll olana qədər tərəflər hava və dənizdə, xüsusilə Şərqi Aralıq dənizi və Egedə bir-biri ilə qarşı-qarşıya gələ bilərlər. Ancaq bunun ümumi bir müharibəyə səbəb olacağı gözlənilmir. Burada Yunanıstan və Türkiyənin bir NATO ölkəsi olması da nəzərə alınmalıdır.
-Türkiyə ilə Yunanıstan arasındakı böhranın artması Kipr probleminin həllinə necə təsir göstərər?
-Təbii ki, mənfi təsir edəcək. Çünki hər iki ölkə Kipr Respublikasının qurucu müqaviləsi olan 1959-cu il Sürix Sazişinə əsasən İngiltərə ilə birlikdə Kiprdə qarant ölkələrdir. İki təminatçı ölkə arasındakı böyük problemlər Kiprdə mümkün bir həll yoluna təsir edəcəkdir. Hələlik həll üçün aparılan danışıqlardan da aydın olduğu kimi bu proseslərə təsir göstərir. Oktyabr ayında KKTC-də baş tutacaq prezident seçkiləri ərəfəsində həll məsələsi gündəmdəki mövzulardan biridir.
-Siz Girnə Amerika Universitetində Təhlükəsizlik Araşdırmalar Mərkəzinə rəhbərlik edirsiniz. Türkiyənin dünyadakı yerimi, rolunu, xüsusən Qafqazlara olan münasibətini necə qiymətləndirirsiniz?
-Türkiyənin son illərdəki xarici siyasəti "Humanitar və təşəbbüskar diplomatiya", eləcə də "Sahədə və masada güclü Türkiyə" prinsipləri üzərində inkişaf edir. Türkiyə bu dövrdə Milli Hərb Sənayesində böyük bir irəliləyiş əldə edib. Xüsusilə dəniz platformalarında və pilotsuz uçuş aparatlar sahəsində əldə olunan nailiyyət dünya standartları səviyyəsindədir. Bu da təbii ki, "sahədə və masadakı güclü Türkiyə" prinsipinin təsirini artırır. Bu gün Türkiyənin yerinin regional gücdən qlobal məsələlərdə söz sahibi olan bölgəsəl gücə çevrildiyini görürük. Bu gün Türkiyə Suriya, İraq və Liviyada hərbi əməliyyatlar icra etməklə, Kiprdə və Azərbaycandan birgə hərbi təlimlər həyata keçirir. Paralel olaraq Türkiyə NATO, BMT və digər beynəlxalq təşkilatlardakı öhdəliklərini də yerinə yetirməkdədir.
Türkiyı 2017-ci ildə dünyadakı humanitar yardımlarda yaxından iştirak edərək birinci yeri tutan ölkələrdəndir. Bundan başqa Suriyada vətəndaş müharibəsindən qaçmış təxminən 4,5 milyon qaçqını qəbul edib. Türkiyə günümüzdə Antarktidadan Afrikaya qədər bir çox bölgədə varlığını hiss etdirir. Beynəlxalq təşkilatlardakı çəkisinin artmasının ən yaxşı nümunələrindən biri səfir və nazir olmuş Volkan Bozkırın BMT 2020-21-ci illərdəki Baş Assambleyasının sədri seçilməsidir. Bütün bunlar Türkiyənin dünyadakı yeri və rolunun getdikcə artdığını sübut edir.
-Siz bir müddət Azərbaycanda çalışmısınız və hazırda da Azərbaycanın haqlı davasında bizimləsiniz. Bu baxımdan bir müddət əvvəl keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərini necə qiymətləndirirsiniz? Bu kimi təlimlər gələcəkdə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnə bilərmi?
-Bəli, mən 1995-ci ildə Azərbaycanda hərbi sahədə çalışdım və bundan da həmişə qürur duyduğumu ifadə etdim. İndi də, Azərbaycanın bizə ehtiyacı olduğu halda canla-başla xidmət etməyə hazırıq. Məlum olduğu kimi avqust ayının əvvəlində Azərbaycan və Türkiyənin Hava və Quru Qoşunlarından ibarət hərbi təlimləri keçirildi. Təlimdə F-16 qırıcı təyyarələri, vertolyotlar və xüsusi təyinatlılar iştirak edirdi. Bu təlimlər Azərbaycanın Ermənistan qarşısında yalnız olmadığının göstəricisi idi. Eyni zamanda "Bir Millət, İki Dövlət" prinsipinin daha bir təsdiqi idi. Bu təlim həm də onu ifadə edirdi ki, Ermənistan gələcəkdə hansısa təxribata əl atacağı təqdirdə başına ciddi fəlakət gələcək.
-Ümumən Türkiyənin Qafqazlarda möhkəmlənməsi, Azərbaycanda hərbi baza yaratması nə dərəcədə mümkündür və Qərbin, Rusiyanın buna reaksiya necə ola bilər?
-Bu gün Türkiyənin Qətər, Somalidə hərbi bazası, Liviyada hərbi varlığı mövcuddur. Bundan əlavə, Sudanın Suakin adasında və Omanda dəniz bazalarının yaradılması barədə yerli və xarici mətbuatda xəbərlər yayılıb. Paralel olaraq Türkiyə, Suriya və İraqda terrorizmə qarşı mübarizə çərçivəsində müxtəlif çaplı qoşunlara malikdir. Sovet İttifaqı dağıldıqdan sonra Türkiyə, Qafqaz və Orta Asiya respublikaları, türkdili ölkələrlə iqtisadi və hərbi əməkdaşlığını artırdı. Bu çərçivədə Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətin hazırlanmasına çox böyük töhfə vermiş və hələ də verməkdə davam edir. Buna görə də həmin dönəmlərdə Azərbaycana hərbi dəstək verməkdən çəkinməyən Türkiyə günümüzdə Azərbaycana dəstək verməkdən niyə çəkinməlidir? Ona görə də, qardaş Azərbaycana gərəkli olduğu hər cür hərbi dəstək verən Türkiyə bunu edərkən heç kimdən çəkinməyəcək durumdadır. Lazım gələrsə, Türkiyə Azərbaycanda bir hərbi baza qurar. Yaxud lazım gələrsə əsgərləri Azərbaycanda saxlayar, ona dəstək verər. Fikrimizcə, indi bu məsələ iki ölkə arasında həll edilən məsələdir.
-Siz eyni zamanda Girnə Amerika Universitetindəki Beynəlxalq Diplomatiya Məktəbinin direktorusunuz. Diplomatiya Məktəbi hansı istiqamətdə fəaliyyət göstərir? Azərbaycanda bu qurumun ofisinin açılması nəzərdə tutulurmu?
-Əvvəlcə Azərbaycanda yaxşı tanınan Girnə Amerika Universiteti (GAU) haqqında məlumat vermək istərdim. Girnə Amerika Universiteti (GAU), KKTCchr("39")nin 35 illik tarixi olan, 116 ölkədən təxminən 16000 tələbəsi, 7 şəhərcik və 1 qlobal şəhərciyi olan yaxşı qurulmuş bir universitetdir. Universitetdə müxtəlif proqramlarda bakalavr, magistr və doktorantura təhsili alan bir çox azərbaycanlı türk tələbələrimiz var. Məsələn, mənim məsləhətləşdiyim azərbaycanlı türk qardaşlarımızdan biri, Azərbaycanın azsaylı qurumlarından biri olan ARDNŞ-də işə başladı və hələ də orada işləyir.
Beynəlxalq Diplomatiya Məktəbi Girnə Amerika Universitetinin (GAU) nəzdində yaradılıb. Məktəb olaraq mərkəzi Almaniyada yerləşən, BMT və Aİ-də akkreditə olunmuş Dünya Diplomatlar Birliyi (WDU) ilə birlikd bu çərçivədə fəaliyyətlərimiz davam edir. Məqsəd diplomatiya, siyasət və beynəlxalq münasibətlərdəki son dəyişiklikləri nümunəvi təcrübələrlə çatdırmaqla məlumatlılığı artırmaqdır. Onu dea eyd edim ki, bizim diplomatiya məktəbimizdə, təlimlər keçən qurumlarda Azərbaycan-Ermənistan qarşıdurması bütün aspektlərdə izah olunur. GAU Beynəlxalq Diplomatiya Məktəbində bu münaqişənin tarixi, inkişafı və nəticələrindən daha çox, bu münaqişə ilə bənzər hadisələrdə ön plana çıxan diplomatiya təcrübələri izah edilir və tətbiq olunur. Başqa sözlə, GAU Diplomatiya Məktəbi "indi" əvəzinə "gələcəyə" diqqət yetirir. Bundan əlavə, hər proqramın sonunda təlimdə iştirak edənlər BMT və AB-də akkreditə olunmuş bir qurumdan sertifikat alırlar.
GAU Beynəlxalq Diplomatiya Məktəbi olaraq bildirmək istərdim ki, Azərbaycanın müvafiq universitetləri ilə əməkdaşlıq etməkdən, bir ofis açmaqdan və burada kurslar təşkil etməkdən məmnunuq və bunu etməyə hazırıq.
-Azərbaycan kənardan sizin üçün necə görünür?
-Daha əvvəl də qeyd etdiyim kimi 1995-ci ildə Azərbaycanda olmuşam və o vaxtdan bəri müxtəlif fasilələrlə təxminən 5-6 dəfə Azərbaycana ziyarət etmişəm. Deyə bilərəm ki, Azərbaycan hər səfərdə məni təəccübləndirir. Davamlı bir dəyişiklik və inkişaf görürəm. Bu, ölkənin gələcəyi üçün çox vacib bir məsələdir. Bundan əlavə, Azərbaycanın dünyada enerji baxımından çox mühüm yeri var. Düşünürəm ki, gələcək illər üçün enerjidən əldə etdiyi gəlirləri digər sahələrə, xüsusilə kənd təsərrüfatına və texnologiyaya yönəltsə, o haldabölgəsində və dünyada diqqətəlayiq bir ölkə olaraq cazibə mərkəzinə çevriləcək. Deyə bilərəm ki, Azərbaycanın bu inkişafı və dəyişməsi davam edəcəkdir.
-Son olaraq bu günlərdə Türkiyənin Qara dənizdə qaz ehtiyatları aşkar etməsini və bunun Türkiyə iqtisadiyyatına verə biləcəyi faydalar barədə fikirləriniz bilmək istərdim.
- Bu günlərdə Cənab Prezident Ərdoğan Qara dənizdə təxminən 320 milyard m3 təbii qaz ehtiyatının olduğunu və bunun 2023-cü ildə istifadəyə veriləcəyini açıqladı. Qaz ehtiyatlarının Türkiyənin təxminən 7-8 illik ehtiyaclarını ödəyə biləcək bir gücü var. Ilk növbədə təbii ki, bu xəbər Türkiyədə həyəcan və sevinc yaratdı. Bəlkə də bu qaz ehtiyatları Azərbaycan üçün əhəmiyyətsiz görünə bilər, ancaq enerji sahəsində tamamilə xaricə bağlı olan Türkiyə üçün bu gələcəyə olan xoş bir ümiddir. Əgər Türkiyə iqtisadiyyatı da daxil olmaqla qeyd olunan qaz daşıyıcısının səmərəliliyi və tutumunda artım olarsa, o halda müdafiə sənayesi gücünə, diplomatiya və texnoloji infrastruktura müsbət təsir göstərəcəkdir. Bu, Türkiyəni dünyada daha güclü və təsirli hala gətirəcəkdir.
Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı enerji sektorundakı əməkdaşlıq gün keçdikcə genişlənir. Qeyd etdiyimiz kimi Türkiyə, Qara dənizdə, sahildən təqribən 150 km məsafədə qaz ehtiyatı tapdı. Azərbaycanın Xəzərdə neft və qaz platformalarında çox yaxşı bir təcrübəsi var. Ürəyimizdən keçən odur ki, Qara dənizdən çıxan qazı Türkiyə və Azərbaycan birgə işbirliyi ilə reallaşdırsınlar. Beləliklə, iki ölkə arasında enerji sahəsində əlaqələr daha da artacaqdır.
Süleyman İsmayılbəyli