Cənubi Qafqazda sülh və təhlükəsizlik yalnız Azərbaycanın işğal olunmuş əraziləri qaytarılandan sonra təmin olunacaq
Ermənistanda daxili siyasi vəziyyət yenidən gərginləşib. Bir neçə gün əvvəl paytaxt İrəvandakı polis idarəsinə baş tutan silahlı hücumu aradan qaldırmağa imkan tapmamış prezident Serj Sərkisyan xalq etirazları ilə üzləşib. Paytaxt İrəvanda minlərlə insanın Ermənistan prezidenti əleyhinə kütləvi aksiyalara qoşulması Sərkisyanı ciddi təhlükəsizlik tədbirləri görmək məcburiyyətində qoyub. Məsələnin kifayət qədər ciddiliyini nəzərə alan Birləşmiş Ştatlar isə Ermənistan prezidentinə bir qədər təmkinli olmağı tövsiyyə edib.
20 İyul 2016 14:17 MüsahibəMəhəmməd Əsədullazadə: "Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti davam etdikcə işğalçı ölkədə siyasi durum daima böhranlı vəziyyətdə olacaq"
Ermənistanda daxili siyasi vəziyyət yenidən gərginləşib. Bir neçə gün əvvəl paytaxt İrəvandakı polis idarəsinə baş tutan silahlı hücumu aradan qaldırmağa imkan tapmamış prezident Serj Sərkisyan xalq etirazları ilə üzləşib. Paytaxt İrəvanda minlərlə insanın Ermənistan prezidenti əleyhinə kütləvi aksiyalara qoşulması Sərkisyanı ciddi təhlükəsizlik tədbirləri görmək məcburiyyətində qoyub. Məsələnin kifayət qədər ciddiliyini nəzərə alan Birləşmiş Ştatlar isə Ermənistan prezidentinə bir qədər təmkinli olmağı tövsiyyə edib.
Ermənistanda yaşanan son olayların bir siyasi şou olduğunu söyləyənlər də var. Bildirilir ki, bu Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda nəzərdə tutulan görüşünə mane olmaq üçün Qərbin Sərkisyan rejimi ilə birgə razılıq əsasında hazırladığı siyasi şoudur. Məqsəd Rusiyanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində uğurlu addım atmasını əngəlləməkdir. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə də bu qənaətdədir "OLAYLAR"-a verdiyi müsahibədə Məhəmməd Əsədullazadə Ermənistanda baş verən proseslərin Dağlıq Qarabağ probleminin həllinə mümkün təsirləri barədə də danışıb.
-Məhəmməd bəy, Ermənistanda baş verən son prosesləri necə dəyərləndirirsiniz və bu doğurdanda xalqın narazılığıdır, yoxsa Sərkisyanın növbəti siyasi şousudur?
-Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti davam etdikcə işğalçı ölkədə siyasi durum daima böhranlı vəziyyətdə olacaq. Siyasi qətllər, kütləvi etiraz aksiyaları, hakimiyyət çevrilişləri bu qəbildəndir. Aprel döyüşlərində Ermənistanın məğlubiyyətlə üzləşməsi işğalçı ölkədə hakim rejimə qarşı mübarizənin miqyasını getdikcə genişləndirməkdədir.
-Bəs cərəyan edən proseslər Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə hansı mənfi təsiri göstərə bilər?
-Ermənistanda prezident Serj Sərkisyana qarşı radikal mövqeyi ilə seçilən və Azərbaycana qarşı terrorçu fəaliyyətdə iştirak edən erməni səhra komandiri olmuş Səfilyanın aprel döyüşlərindən sonra hakimiyyətə qarşı ciddi bəyanatlar verməsi onun həbsi ilə nəticələndi. Səfilyanın tərəfdarlarının silahlı çevrilişə cəhd etməsi, istər istəməz aparılan Qarabağ danışıqlarına mənfi təsir edə bilər.
-Bəs bu proseslər prezidentlərin yaxın vaxtlarda nəzərdə tutulan növbəti görüşünü əngəlləyə bilərmi?
-Ermənistan pezidentinin danışıqlara qatılması, mərhələli həll planının reallaşdırılması istiqamətində müəyyən məsələlərin danışıldığının anonsunu verməsinin işğalçı ölkədə müəyyən qrupların siyasi gərginliyə gətirəcəyi gözlənilən idi. Çünki,1999-cu ildə sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın mərhələli həll planına razı olması, Ermənistanda siyasi terrorun nəticələnməsi və Petrosyanın devrilməsi ilə başa çatdı. Bununla danışıqlar prosesinə ciddi zərbələr vuruldu. Məhz, Yerevanda siyasi çevrilişə cəhd, nümayişlərin davam etməsi, təbii ki, danışıqlarda fasilə yarada bilər. Bu bir həqiqətdir ki, Ermənistan daxiliundə Serj Sərkisyanın ciddi əleyhdarları var. Onlar Sərkisyanın Qarabağ münaqişəsində tutacağı mövqeyi fürsət kimi gözləyirlər. Nümayişçilər həm də iqtisadi faktoru qabardaraq, Sərkisyanın getməsini tələb edirlər. Yerevanda nümayiş və silahlı üsyan öz ciddiliyini qoruyur. Bu proseslər davam edərsə, Fransada prezidentlərin gözlənilən görüşü baş tutmaya bilər. Rusiyanın yüksək çinli generaliteti Ermənistandadır və daxili narazılığı önləmək üçün muxalif və nümayişçilərlə danışıqlar aparılacaq. Eyni zamanda Sərkisyanın mövqeyinin qorunması istiqamətində işlər aparılacaq.
-Sizcə, belə bir situasiyada Azərbaycan hansı addımı atmalıdır?
-Danışıqların bu həssas məqamında Yerevanda Sərkisyan əleyhinə silahlı üsyan davam edəcəksə, danışıqlar prosesi olmayacaqsa, Azərbaycan yenidən öz torpaqlarını qaytarmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməlidir. Düzdür danışıqlarda təşəbbüsü ələ alan Rusiyadır və bunun detalları Rusiya ilə müzakirə olunur. Nəzərə alaq ki, Rusiya da status-kvoda maraqlıdır. Və prosesi uzada bilər. Bu halda yenidən prosesi silahlı qüvvələrin üzərinə verməkdir. Güclə bu məsələlər öz həllini tapır. Ona görə də hesab edirəm ki, Cənubi Qafqazda müharibə ehtimalı riski var . Ermənistanda olan vəziyyətlə biz mövqeyimizi müəyyənləşdirməməliyik. Danışıqlar intensiv xarakter alanda, müəyyən razılaşmaya gələndə Ermənistanda silahlı üsyan baş verəcəksə, biz nəyi gözləməliyik? Həmin silahlı qruplar torpaqların boşaldılmasını qəbul etmir. Ona görə Azərbaycan düşmənə yenidən öz hərbi qüvvəsini göstərməlidir. Yenidən biz bir neçə il uzanan danışıqları qəbul etməməliyik. Bu ağır bir sürəcdi və Ermənistana şans tanıya bilmərik. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik yalnız Azərbaycanın işğal olunmuş əraziləri qaytarılandan sonra təmin olunacaq. Bunun ardınca Gürcüstanın da ərazi bütövlüyü təmin ediləcək. Çünki, bu separatçı bölgələr bir mərkəzdən idarə olunur".
Süleyman İsmayılbəyli