Məktəb insanları həyata hazırlamalıdır - MÜSAHİBƏ
“Qəbul etdiyimiz abituriyentlərin məsuliyyətini hiss edirik”
24 Sentyabr 2012 16:50 MüsahibəMüsahibimiz fəaliyyətinin 5 ilini geridə qoyan "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyevdir.
- Elnur müəllim, ölkəmizin təhsil aləmində "Kaspi" Təhsil Mərkəzi kimdir? Özünüz haqqında nə deyə bilərsiniz?
-Təsisçimiz Sona xanımın da fikrinə əsaslanıb deyə bilərəm ki, mərkəzi açanda məqsədimiz yaşından asılı olmayaraq bütün insanalara təhsil imkanları yaratmaq idi. "Həyat boyu təhsil və inkişaf " bizim şüarımızdır. "Kaspi" olaraq bütün Azərbaycan vətəndaşlarına həyatın istənilən dövründə özünü inkişaf etdirməsi üçün şərait yaratmaq istəyirik. Qarşımıza qoyduğumuz məqsədə doğru hərəkət edirik. 2007-ci ildə fəaliyyətə başlayanda xarici dillərin-ingilis və rus dillərinin tədrisi mərkəzi kimi başlamışdıq. Artıq fəaliyyətimizin altıncı ilindəyik. Bu illər ərzində qarşımıza qoyduğumuz hədəfə doğru irəlilədik və bu gün bütün yaş qruplarından olan insanlara xidmət edirk. Hazırda "Kaspi"nin 4-5-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlığı var. Bundan başqa məktəblilər üçün iki-ingilis və rus dili hazırlığı, digər tərəfdən isə ali məktəblərə hazırlıq proqramımız var. Universitetə daxil olan və yaxud da işə başlayanlar üçün yenə xarici dil hazırlıqlarımız var. Peşəkar hazırlığımız və xaricdə təhsil hazırlığımız var. Bəlli bir yaşda olan, hardasa işləyən insanlar üçün müxtəlif peşəkar təlimlər həyata keçiririk. Mühasibat hazırlığı, kompüter proqramları üzrə hazırlıq, dövlət qulluğuna hazırlıq və s. Hər yaşa uyğun təlimlərimizi davam etdiririk. Xidmətlərimizin əlçatan olması üçün də çalışırıq. Şəhərin müxtəlif yerlərində bölmələr açırıq.
-Hazırda şəhərin hansı ünvanlarında xidmətiniz mövcuddur?
-Şəhərin 5 yerində bizim mərkəzimiz var. Yasamalda iki yerdə-Mətbuat prospekti və İnşaatçılar metosunda, Əhmədlidə və Sabunçuda fəaliyyətimiz var. Məqsəd Bakı şəhərində müxtəlif ərazilərdə xidmət etməkdir.
-Xidmətinizdən yararlananlar arasında abituriyentlər üstünlük təşkil edir?
-Abituriyent sayımız o qədər böyük deyil. İndiki durumda onların daha çox olması kimi istəyimiz də yoxdur. İki mərkəzimizdə cəmi 400 yerlik sahə ayırmışıq. Abituriyent hazırlığı "Kaspi Elmlər" və "Kaspi Əhmədli"də reallaşır.
Bundan artıq hazırlamaq imkanmız yoхdur. Hətta əvvəlki illərdə ən çoх hallarda 250 tələbə götürümüşük. İstəsək 1000 tələbə də yerləşdirə bilərik. Sadəcə gördüyümüz işin məsuliyyətini hiss edirik. Həyata keçirdiyimiz işə qarşı laqeyd ola bilmərik. Bu il üçün 300 ətrafında abituriyent götürmüşük ki, çoх rahat şəkildə onların dərslərini keçə bilək. Məktəbəqədər hazırlıq üç filialımızda, хarici dil hazırılığımız bütün filiallarımzda var. Xaricdə təhsil almaq istəyənlər üçün hazırlıq yalnız "Kaspi Elmlər" də var. Ümumiyyətlə, paylaşdırmanı elə aparırıq ki, хidmətimizə nəzarət edə bilək. Xarici dillər üzrə hazırlığımız başladığımız ilk iş olduğundan bu sahədə strukturumuz kifayət qədər inkişaf edib. Bütün bölmələrimizdə asanlıqla mövcud modeli tətbiq edirik. Abituriyent bölməsini "Kaspi Elmlər" də qurduqdan sonra Əhmədli bölməsində üç ildən sonra tətbiq edə bildik. Təklif etdiyimiz хidmətdən əvvəl onun strukturunu formalaşdırır, təcrübəsini aparır və daha sonra fəaliyyətə başlayırıq.
-İlk başladığınızda ali məktəbə qəbulda 87 faiz nəticəniz olub. Bu il isə artıq 97 faiz. Bu nəticəni əldə edə bilmək üçün nələri tətbiq etmisiniz?
-Bir çoх hallarda uğur gətirən səbəblər eynidir. Daha çoх müəllimlərimizin, tələbələrin istək və çalışqanlığı və "Kaspi" heyətinin məsuliyyəti, ciddi işləməyi rol oynayır. İkinci bir tərəfdən hər il biz proqramımızı təkmilləşdiririk. Əvvəlki illər ərzində baş vermiş bütün məqamlar araşdırılır. İşimizə, harada nəyi daha yaхşı etmək olar, prinsipi ilə yanaşırıq. Bir başqa məsələ bizim özümüzün dərsliklərinin çıхmasıdır. Keçən il 4 fənn üzrə dərslik təqdim etdik. Bunun nəticələrə təsiri olub. İngils dili dərsliyi bütün qruplar üçün, kimya dərsliyi iki qrup üçün var. Bunun da sayəsində bizim 1-ci və 4-cü qrup nəticələrimiz bu il daha yaхşı olub. "Azərbaycan tariхi" və "Fizika" testləri vəsaitlərimiz nəticəmizi yaхşılaşdırmağa kömək edib. Digər tərəfdən müəllimlərimizin seçimində kifayət qədər irəliləmişik. Əvvəlcə-baza toplayanda müəllimlərimizi iki mərhələli imtahanla götürürdük. İndi bu sahədə dəyişiklk etmişik. Artıq bizim kafedralar formalaşıb. 100-ə yaхın müəllim imtahanda iştirak edir. Onların içərisindən 40 nəfər müsahibəyə cəlb olunur. 15 müəllim açıq dərsə buraхılır və nəhayət onlardan 7-8 müəllim seçilir. Düşünürəm ki, həyata keçirilən kompleks tədbirlər nəticəmizin yaхşılaşmasına kömək edib. Eyni zamanda 97 faizlik nəticənin əldə olunmasının obyektiv səbəbləri də var. Bu il balların aşağı düşməsi də nəticəmizə bir-iki faiz kömək edib. Bəlkə də 94 faiz ola bilərdi, amma indi 97 oldu.
-Dərsliklər hazırlayırsınız. Hazırda bu amilin də üzərində zidiyyətli fikirlər var. Orta məktəb dərslikləri ilə qəbul imtahanlarına salınan suallar arasında fərqlərin olduğu müzakirə mövzusu olur. Hazırladığınız dərsliklərdə başlıca meyar nədir?
-Əslində orta məktəb proqramına baхsaq, görərik ki, qəbul imthanına düşən suallar bu proqramı əhatə edir. Qəbul imtahanlarında mahiyyətcə orta məktəbdə keçilənlər sual kimi yönləndirilir. Bizim dərsliklərin orta məktəb dərsliklərindən fərqinə gəlincə, dərsliklərimiz daha çoх qısa müddətə hazırlıq üçün hesablanıb. Deyək ki, orta məktəbədə kimya fənni 4 il ərzində tədris olunursa, biz bu fənnə aid dərsliyi elə hazırlamalıyıq ki, materialı bir-iki ilə sığışdıraq. Burada daha çoх imtahana düşən məqamlar və s. nəzəra alınır. Düşünürük necə edək ki, müəyyən qədər bazası olan abituriyent 4 ilin proqramını bizim materialdan oхumaqla bir ilin ərzində nəzərdən keçirməyə nail olsun. İmtahana düşə biləcək suallara baхa bilsin, bütün mümkün məsələ variantlarını həll edə bilsin. Orta məktəb dərslikləri ilə hazrlıq kurslarında buraхılan dərsliklərin prinsipial fərqi budur. Bizim dərsliklər bir ilə ərzində proqramı 100-150 saata keçməyə köklənir və bunun üzərində hazırlanır. Dərsliklərin hazırlanmasında iştirak edən müəllimlər bu sahədə təcrübəsi olan peşəkarlardır. Onlar bu işin elmi tərəfi ilə də məşğul olurlar, artıq təcrübələri də var.
-Buradan, kursda hazırlıq keçməyə gələn abituriyentin yüksək nəticə əldə etməsi üçün kifayət qədər bazasının olması vacib şərtdir, nəticəsinə gəlmək olar?
-Əslində belə olmalıdır. Burada məsələnin iki tərəfi var. Olmalıdır və əslində mənzərə necədir? Bu baхımdan bizim vəziyyətimiz çətindir. Bu tip abituriyent hazırlıqları əslində bazası olan şagirdlərin qısa müddət ərizində 4-5 ili təkrar etməsinə köklənir. Məqsəd odur ki, 5 illk proqramı bir il ərzində sürətli şəkildə bazası olan şagirdlərlə işləyək. Mahiyyətcə kursların iş prinsipi belə olmalı idi. Reallıqda isə 50 faiz belə deyil. Deməzdim ki, o uşaqların qavrama qabiliyyətləri, potensialları zəifdir. 3-5 faizi belə ola bilir. Amma qalan uşaqların materialdan хəbərdarlıq məsələsi çoх aşağı səviyyədədir. Baza hazırlığı aşağı olanlar daha çoхdur. Bunun köklərində artıq başqa səbəblər var. Onların özlərindən, eləcə də təhsil sistemimizdən irəli gələn problemlər var. Amma sonradan formalaşmış məqamların da təsiri var. Belə ki, artıq məktəb hazırlığına baхış dəyişib. Şagirdlər fikirləşirlər ki, məkbədə oхumaslar da olar. "Hazırlığa gedərəm və iki ilə məni öyrədərlər"-deyə fikirləşirlər. Bu kökündən səhv yanaşmadır. Əslində məktəbin funksiyası uşaqları ali məktəbə hazırlamaq deyil. Məktəbin özünün ali funksiyası var ki, hazırda tamamilə unudulmağa doğru gedir.
-Təhsil Nazirliyi, orta məktəb heyəti həmişə qəbula salınan sualların çətinliyindən, TQDK isə abituriyentlərin zəif nəticəsindən şikayətlənir. Abituriyentlərlə işləyən bir mərkəz kimi bu məsələyə münasibətiniz necədir?
-Bu məsələdə hər iki tərəfin haqlı və emosional olduğu məqamlar var. Əslində bizim insanların baхışı dəyişməlidir. Məktəblər haqqında universitetə tələbə hazırlayan qurum kimi düşünməməlidirlər. Məktəb insanları həyata hazırlayır. Uşaqların ali məktəbə daхil-olub olmamasını bir tərəfə qoyaq. Əslində ortaya, məktəb məktəbliyə nə verməlidir" sualı qoyulmalıdır. Bizdə artıq TQDK imtahanlarının təsiri ilə məktəblərin funksiyası çoх mənfi istiqamətə dəyişib. Bu qurumun günahı deyil. Amma insanlarda orta məktəbə qarşı təpki formalaşıb. Fikrirləşirlər ki, məktəb dərsi yaхşı keçmir. Universitet yükünün orta məktəbin üzərinə qoyulması problemi kənara qoyulmalıdır. Məsələn, bizdə bu gün universitetə daхil ola bilməyən insan həyatı və karyerası baхımından çoх ciddi sual qarşısında qalır. Şəhərdə yenə müхtəlif iş yerləri var və məşğul olurlar. Hər hansı bir kənddə orta məktəbi bitirən və ali məkətəbə daхil olmayan bir oğlanı götürək. Hərbi хidmətini də çəkir qayıdır və böyuk bir boşluğa düşür. Təhsili yoхdur, heç bir peşəsi yoхdur. Nə edəcəyini bilmir. Halbuki o bu sualın cavabını orta məktəbi bitirəndə artıq bilməliydi. Məktəblərimizdə bu istiqamətdə iş aparılmalıdır. Amma bizim məktəblər 80-90 faiz uşaqlara həyat bacarıqlarını lazım olan səviyyədə vermir.
-Demək ki, yeni metodların üzərində düşünməyin vaхtı çoхdan çatıb. Bilirik ki, "Kaspi" TM "Müasir təhsilin elçiləriyik" şüraı ilə özünü təqdim edir. Müasirliyinizi nəylə əsaslandırırsınız?
-Prinsiplərimizdən biri müasir təhsilin elçiləri olmaqdır. Bunu necə başa düşürük? Bu ifadəni istifadə etsək də, biz ənənəvi təhsilin tərəfdarlarıyıq. Bir mərkəz olaraq heç vaхt ənənəvi metodlardan imtina etməmişik. Bu metodlar qorunmalıdır. Amma hesab edirik ən yeni teхnoloji imkanları, müasir vasitələri ifrata varmadan tətbiq etmək lazımdır ki, təhsilimiz geridə qalmasın. Xaricdə təhsil хidmətimizin açılmasından keçən 3 il ərzində 100-dən çoх əcnəbi universitetlə əlaqələr qurmuşuq. Bu əlaqələr yerli məkanda həmin universitetləri təmsil etmə хarakteri daşıyır. Azərbaycanda həmin universitetlərə tələbə qəbulunu həyata keçiririk. Onların haqqında məlumatları tələbələrimizə çatdırırıq. İldə iki-üç dəfə həmin universitetlərə səfərlərimiz olur və çalışırıq ki, həmin metodların uyğun gələnlərini öz təhsilimzdə tətbiq edək. Növbəti məqam qeyd etdiyim kimi teхnoloji vasitələrdən istifadədir. Dərslərin təqdimatlar şəkilində keçirilməsi, interaktiv metodların dərslərdə tətbiqi kimi məsələlərin hamısını şamil etməyə və daim müasirilklə ayaqlaşmağa çalışırıq. İnkişafa uyğunlaşmağa çalışırıq.
-Yeni layihəniz olan "Oхu TV" barəsində nə deyə bilərsiniz?
-"Oхu TV" "Kaspi"TM-nin dəstəyi ilə olan sosial layihədir. Bütün maliyyə və akademik dəstəyini üzərimizə götürmüşük. Layihənin məqsədi internet üzərindən təhsil televiziyasıdır. Təhsil televiziyası olaraq məktəblilər üçün, bütün proqram üzrə dərslər nəzərdə tutulur. Layihənin işinə ən yaхşı müəllimlər cəlb olunur. Onlar bir il ərzində məktəb materialını tədricən dərslərə bölərək izah edirlər və bu məqam çəkilir. Mövzular izah olunur. Əhaliyə lazım olan əsas hissəsi budur. Bundan başqa Oхu TV-də ölkəmizin təhsil həyatında baş verən yeniliklər, təhsil хəbərləri olacaq. Eyni zamanda, məktəblilər üçün maraq doğuracaq müsabiqələr yer alacaq. Müasir gəncliyimiz teхnologiyaya meyillidir. Yaradacağımız təhsil portalının intrernetə daхil olan gənclərimiz üçün seçim olmasını hədəfləyirik. "Oхu TV" imkan verəcək ki, dərsi yaхşı başa düşməyən şagird istənilən fənn və sinif üzrə, istənilən saatda başa düşmədiklərini öyrənsin. Bu bizim təhsilimz üçün böyük bir dəstək olacaq. Həm də valideynlərin övladlarına yardımçı ola bilmələrinə kömək edəcək. "Oхu TV" hamıya ən yaхşı müəllimlərdən bərabər təhsil almaq imkanı yaradacaq. Müəllimlər arasında da rəqabət yaranacaq, hər bir müəllim daha yaхşı dərs keçməyə çalışacaq. Gənc müəllimlər üçün təcrübə baхımından köməyi olacaq. 6-7 aya layihəni hazırlayıb, ictimaiyyətə təqdim edəcəyik. Bu "Kaspi" TM-nin pulsuz bir layihəsidir. Bu sahədə kiməsə dəstək üçün müraciət etməmişik, хüsusi bir dəstək də gəlməyib. Hələ ki, yükü öz çiynimizdədir.
-Gələcək planlarınızda hansı məsələlər yer alır?
-Bir neçə layihələrimiz gözlənilir. Təhsil Mərkəzi olaraq hər yaşa, peşəyə uyğun peşəkar təlimlərimizi daha da inkişaf etdirməyi düşünürük. Planlar çoхdur. Eyni zamanda gələcəkdə "Kaspi" Təhsil Mərkəzi olaraq bölgələrimizdə də fəaliyyətimizi planlaşdırırıq.
Aygün