Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı növbəti səfərlərə hazırlaşır...

21 Fevral 2017 15:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrları ilə yeni qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsinə və daha da inkişaf etdirilməsinə böyük önəm verir. Teatrdan “Olaylar” – a bildirilir ki, xarici ölkə teatrları rəhbərlikləri və Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərinin arasında aparılan danışıqlar nəticəsində bu ilin aprel ayının 6-9 tarixlərində Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) kollektivi Azərbaycana səfər edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və məktəblilərə “Жили-были” (O.Rozum) tamaşasını nümayiş etdirəcəklər.

Davud bəy Şərifov haqqında kitab-albom nəşr olundu

21 Fevral 2017 14:55

Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub.  Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifləri - Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovdu.

Lütfi Məmmədbəyov yad olunacaq

21 Fevral 2017 12:59

Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən “Olaylar” –a verilən məlumat görə, tədbir 23 fevral saat 15 :00 – da Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.

Turizm şirkətlərinin nümayəndələri Musiqili Teatrda

20 Fevral 2017 15:41

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” –a bildirib ki, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib.

Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının  qonağı olacaq

20 Fevral 2017 15:41

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının   qonağı olacaq. Ötən ilin noyabrında Minskdə qastrolda olarkən  Afaq Abbasova növbəti çıxış üçün təklif almışdı.  Fevralın 25-də gənc solist Afaq Abbasova C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcəkdi.

"Zamanla estradanın yox, məhz muğam sənətinin xasiyyətimə uyğun olduğunu anladım..."

20 Fevral 2017 15:28

Bu səsi tamaşaçılar  ilk dəfə 2008 – ci ildə dinlədilər. Səhnədəki kövrəkliyi, utancaqlığı, zərifliyi və ən əsasıda gözəl səsi və repertuar seçimindəki zövqü onu yaddaşlara həkk etdi. İllər sonra tanrı bizlərə yenidən o səsi duymağa fürsət verdi. Bu dəfə biz onun sənətinə nə qədər ciddi yanaşdığını hiss etdik.  Həmsöhbətimiz 2011 – ci ildə keçirilən Televiziya Muğam müsabiqəsinin qaliblərindən biri olan Günay İmamaverdiyevadı.

Arif Babayev üçün özəl gün

20 Fevral 2017 13:04

Bu gün xalq artisti Arif Babayevin ad günüdür. Muğam ifaçısının 79 yaşı tamam olur. 

Məmməd Quliyev – 80

18 Fevral 2017 16:58