Mədəniyyət

Milli Mədəniyyət günü

17 Aprel 2017 14:35

Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Milli Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova, həmin akademiyanın əməkdaşı, milli musiqi alətlərinin bərpaçısı, usta Musa Yaqubov, Azərbaycan Milli Konservatoriyasının müəllimi Mərkəz Əliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə qədim musiqi alətləri olan yaylı qopuz, ərğənun, qoşaqol kamança, çanaq kamança, ay-ulduz kamança və bir neçə qədim musiqi alətləri haqqında çıxış edərək, gələn qonaqları qədim musiqi alətlərimiz ilə yaxından tanış ediblər.

Fikrət Əliyev anılacaq

17 Aprel 2017 14:24

Aprelin 19 – da Dövlət Film Fondunda filmoqrafiyasında 30-a yaxın filmləri olan kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilirəcək. Fonddan “Olaylar” – a bildirilib ki, kinorejissor  filmərində  həmişə,  müasrlərinin həyatıdan, onların cəmiyyətdəki  rolundan, ətraf mühitə olan münasibətindən  bəhs edib. Fikrət Əliyevin rejissor kimi debüt işi “Ömrün səhifələri” kinoalamanaxına daxil olan  “Baladadaşın məhəbbəti” novellasıdır.  Böyük kinoda  ilk müstəqil işi isə yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkdiyi  “Qızıl uçurum” filmidir. Film povestin ikinci ekran variantıdır.

Musiqi məktəbləri Şopinq Festivalda

17 Aprel 2017 12:33

Həftə sonu Bakı Şopinq Festivalı çərcivəsində Mədəniyyət və Turizm Baş İdarəsinin uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar ansamblları, rəqs kollektivləri və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupu “Park Bulvar”, “28 mall” və “Gənclik mall”da musiqi proqramları ilə çıxış ediblər. İfa olunan musiqi nömrələri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

“Müasir Azərbaycan kinosu” çap olundu

17 Aprel 2017 11:52

Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır.

Türkiyə, Hollivud, Bollivud və  Azərbaycanlı aktyorlar eyni filmdə

17 Aprel 2017 11:45

Türkiyənin "İstFilm" şirkəti tərəfindən Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri yayımlanıb. Keyfiyyətli ekşın səhnələrilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanantizerin, türk və qeyri-türk dünyasında böyük əks-səda doğuracağı gözlənilir.  Park Cinemadan “Olaylar” – a bildirilib ki, filmdə tanınmış məhşur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yeralması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. 

Dram Teatrının kollektivi Fatma Qədrinin məzarını ziyarət edib

14 Aprel 2017 16:00

Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.Teatrın mətbuat xidmətindən “Olaylar” - a verilən məlumata görə, anım mərasimində çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artist Azər Paşa Nemətov Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onu səhnəmizin korifey sənətkarlarından biri kimi qiymətləndirib.

Fidan Hacıyeva Minskdə

14 Aprel 2017 15:58

Akademik Opera və Balet Teatrı və Belarus Milli Akademik Böyük Opera  Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış memorandum çərçivəsində aprelin 18-də teatrın solisti, respublikanın Xalq artisti Fidan Hacıyeva Minskə qastrol səfərinə yollanacaq. Minskdə aprelin 20-də baş tutacaq Jorj Bizenin "Karmen" operasının tamaşasında Fidan Hacıyeva baş rolda - Karmen rolunda çıxış edəcək.

6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı

14 Aprel 2017 15:41

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə  6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Dinləmələrin növbəti həftəsində Şərq poeziyasınını nəhəng simalarından biri Xəqani Şirvaninin qəzəllərinə müraciət edildi.

Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq

14 Aprel 2017 15:00

Bu il böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur. Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Hacıbaba Bağırovun 85 illik yubileyi Musiqili Teatrında qeyd olunacaq.

M.P.Vaqifin  300 illik yubileyi qeyd olunacaq

14 Aprel 2017 14:06

Bu il Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi tamam olur. 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur.