Şəkidə “Frankofaniya bayramı”
15 Aprel 2017 09:44 Teatr və kinoHər il olduğu kimi, bu il də Sabit Rəhman adına Şəki Dövlət Daram Teatrında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının fransız dili fakultəsinin, Şəki Dövlət Regional Kollecinin və teatrının birgə təşkilatçılığıyla "Frankofaniya bayramı" münasibətiylə incəsənət axşamı keçirilib. Teatrın mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, proqrama universitet və kollec tələbələrinin ifasında klassik və müasir fransız bəstəkarlarının musiqiləri, mahnıları və fransız rəqsləri daxil edilmişdi. Şəki Dövlət regional kollecinin kamera ansambılı və Universitetin Şəki filialının kvartet qrupunun çıxışları maraqla qarşılandı. Həmçinin Fransız poeziyasından nümunələr də səsləndirildi.
Şəki şəhər rəhbərliyi, ictimaiyyətinin nümayəndələri, incəsənət adamları, təhsil müəssisələrinin kollektivləri, tələbə və məktəblilər, şəhər sakinləri tədbirdə iştirak edirdilər. Həmçinin Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi tədbirin fəxri qonağı sırasında idi.
Qeyd edək ki, "Frankofaniya bayramı" fransız dilində danışan insanların bayramıdır və hər il mart-aprel aylarında dünyanın səksən dörd ölkəsində qeyd edilir.
"Frankofaniya bayramı" münasibətiylə bu cür incəsənət axşamları Şəki Dövlət Dram teatrında ənənəvi olaraq hər il keçirilir.