Mədəniyyət

İncəsənət Muzeyində mühazirə

13 Aprel 2017 17:41

Aprelin 15 – də Milli İncəsənət Muzeyində Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunacaq mühazirə dinləniləcək. Muzeydən “Olaylar” – a bildirilıib ki, mühazirənin müəllifi və aparıcısı Vəfa Rəhimova tekstil üzrə mütəxəssis-məsləhətçi, muzeyin Tikmə bölməsinin müdiridir. Mühazirədən sonra arzu edənləri milli bədii tikmə sənəti üzrə ustad-dərsinə iştirak etməyə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.

Qazaxıstan Milli İncəsənət Akademiyasının magistrları ADMİU-da

13 Aprel 2017 16:31

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 9-20 aprel tarixlərində akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələri ADMİU-da elmi təcrübə keçəcəklər. Universitetdən“Olaylar” – abildirilibki, teatrsənətifakültəsində NatalyaMenşikova(xoreoqrafiya), AydınBerdiyarova (xoreoqrafiya), SayaBakıt (xoreoqrafiya), DaniyaBatırxanova (xoreoqrafiya), BayanBeketaeva(rejissor), Rəssamlıqfakültəsində KseniyaOmelçenko (təsvirisənət), SamalMamitova (sənətşünaslıq), Talğat Əbdildayev(sənətşünaslıq), Musiqisənətifakültəsində TolğanayPazılakın (estradasənəti), MirasSabitov (estradasənəti), JanqaliMusayev(ənənvimusiqisənəti), Kuanış Altıbayev (ənənvimusiqisənəti) dissertasiyamövzusundaaraşdırmalaraparacaqlar. Tələbələr ADMİU-nun Kitabxana və İnformasiya Mərkəzində, Azərbaycan Milli Kitabxanasında və Azərbaycan Milli İncəsənət Muzeyində məlumatlar əldə edib, Universitetin professor-müəllim heyətinin dərslərində elmi təcrübə keçərək, müxtəlif mövzular üzərində müzakirələr aparacaqlar.

“Forsaj 8” filminin press-nümayişi

13 Aprel 2017 15:12

Park Cinema IMAX kinoteatrında media nümayəndələri, bloggerlər, kinorejissorlar və digər məşhur simlaların iştirakı ilə “Forsaj 8” filminin press-nümayişi baş tutdu. Tədbir Castrol şirkətinin dəstəyi ilə keçirilib. Park Cinemadan “Olaylar” – a bildirilib ki, Forsaj 8 – Forsaj 3-dən sonra 30 noyabr 2013-cü il tarixində Forsaj 7 filminin çəkilişləri zamanı avtomobil qəzasında vəfat etmiş Pol Uokerin iştirak etmədiyi ilk filmdir.

Hüseyn Cavidin “Maral” pyesi bolqar dilinə tərcümə olunur

13 Aprel 2017 14:30

Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyivə Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Akademiyadan “Olaylar” – a bildirilib ki, pyesin tərcüməsində məqsəd Hüseyn Cavidin ümumbəşəri yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməkdi.

Bu həftə Musiqili Teatrda

13 Aprel 2017 14:29

Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir”, “Yağış göbələyinin macərası”, “Arşın mal alan” , A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar”, “Bankir adaxlı” tamaşaları təqdim ediləcək.

“İçəri Şəhər” Los-Ancelesdə film festivalında

13 Aprel 2017 13:26

İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalına dəvət alıb. 27 aprel - 4 may tarixlərində Los-Ancelesdə keçirələcək festivalda “İçəri Şəhər”in ssenari müəlifi və baş rolun ifaçısı Təhminə Rafaella filmi təqdim edəcək. Festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominantdı.

Bilik Fondunun yaratdığı dram dərnəyinin üzvləri “Yuğ” teatrında

13 Aprel 2017 13:27

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin artıq 20 üzvü var. Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” adlı əsəri əsasında tamaşa hazırlayır. Fonddan “Olaylar” – a bildirilir ki, Fond dərnək üzvlərini “Yuğ” teatrında bədii rəhbərləri Məmməd Səfanın da iştirak etdiyi "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasına dəvət edib.

“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatını aldı

13 Aprel 2017 12:09

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Kult Beynəlxalq Film Festivalının mart ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rrəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.

Kukla səhnəsində “Turp”

12 Aprel 2017 18:47

Abdulla Şaiq adına Kukla Teatrı  növbəti tamaşanın premyerasına hazırlaşır.  Aprelin 23-də tamaşaçılar  özünün tam yeni səhnə həllini tapmış "Turp" tamaşasını izləyə biləcəklər.

Musiqili Teatrın 80 yaşlı əməkdaşı mükafatlandırıldı

12 Aprel 2017 18:45

 Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki,  Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bu barədə əmr imzalayıb.

Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür məktubu...

12 Aprel 2017 18:40

B.Basanqov adına Kamık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova təşəkkür məktubu ünvanlayıb.

“Dərs” daha bir festivala dəvət aldı

12 Aprel 2017 13:05

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi Rusiyanın 11-ci “Səmimi qəlbdən” Beynəlxalq Ailə Filmləri Festivalının “Bizim uşaq kinosu” müsabiqə proqramına dəvət alıb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival 26-30 may tarixlərində Ulyanovsk şəhərində keçiriləcək.