Mədəniyyət
Vəfa: “O videodakı mən deyiləm…” - VİDEO
Əməkdar artist Vəfa Zeynalova a24.az-ın “Cavabım var” layihəsində qonaq olub. Vəfa xanım ondan soruşulan 10 sualın heç birinə cavab verə bilməyib. Hətta 25 ildən artıqdır məşğul olduğu kino və teatr sahəsinə aid diletantın belə dil-dil ötəcəyi mövzularda gülünc vəziyyətə düşüb.
Almas İldırımın 110 illik yubileyi
Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şair Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli mühacir şair” adlı tədbir keçirib. Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak edib.
Özbəkistanda Qarabağ geyimləri təqdim edilib
Özbəkistan Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı”nda Azərbaycanı bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Qazaxıstanlı ulduz “Madam Batterflyay” operasında
Aprelin 29-da Opera və Balet Teatrında C.Puççininin “Madam Batterflyay” operasının nümayiş olunacaq.Teartrdan “Olaylar” – a bildirilib ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün "Astana Opera" Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Qazaxstan Respublikasının Əməkdar xadimi, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova dəvət olunub. Tamaşada Şarples rolunda Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, Pinkerton rolunda Əməkdar artist Fərid Əliyev, Süzuki rolunda Əməkdar artist Səbinə Vahabzadə və b. çıxış edəcəklər. Operanın dirijoru isə Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.
Muğam Mərkəzində gənc istedadlarının konserti
ƏSA Teatrında premyera – YUXUM
Tələbələr “Emalatxanada görüş” adlı layihədə
Yoxa çıxan müğənninin ailəsi xəyanətə görə dağılıb – VİDEO
Xeyli zamandır efirlərdən uzaq düşən azərbaycanlı müğənni Zahidə Günəş şəxsi həyatı barəsində gəzən söz-söhbətlərdən narahatdır. Olaylar.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, zaman-zaman mətbuatda barəsində əsassız məlumatlar dərc olunub: “Yazmışdılar ki, oğlumun atası yoxdur. Niyə yoxdur? Var. İndi açıqlayıram, bəli, ayrılmışıq, amma övladım atasının soyadını daşıyır. Yoldaşımdan icazəsiz övladımı Azərbaycandan kənara çıxarmıram. Oğlum elə ana qayğısı görür ki, heç atasına ehtiyac yoxdur. Məsələn mən gözümü açıb, atamı görmüşəm. Onun tərbiyəsi ilə böyümüşəm. İstəmirəm bu barədə çox danışım. Oğlum sonra izləyəcək, pis olacaq”.
Gənc aktrisayla sevgili olduğu deyilən rejissordan
Rejissor Samir Kərimoğlu aktrisa Mələk Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Rejissorun həyat yoldaşı aramızdakı münasibəti bilib çəkiliş meydançasına gəldi və..."
Bildirilir ki, ekran işinin büdcəsi 210 min manat olsa da, sonda bu məbləğin 60 mini xərclənib. Hətta o qədər "qənaət edilib" ki, filmdəki Məsmə roluna "Mahmud baba"nın qrim ustasını çəkiblər. Digər bir məqam isə rejissor Samir Kərimoğluyla gənc aktrisa Mələk Kazımova haqqında dolaşan şayiələrdir. İddialara görə, rejissorla aktrisanın sevgi macərasından xəbər tutan rejissorun həyat yoldaşı çəkiliş meydançasına gəlib. Hətta xanımı rejissora özünün də filmə çəkiləcəyi barədə şərt qoyub. Məhz bundan sonra Mələk Kazımovanın çəkildiyi bir neçə səhnə "kəsilib", əvəzində ssenari dəyişdirilib və Kərimoğlunun həyat yoldaşı ekran işində rol alıb. Doğrudanmı, 42 yaşlı rejissorla 20 yaşlı aktrisa çəkiliş prosesində eşq macərası yaşayıblar? Həqiqətənmi indiyədək qonorarını almayan aktyorlar var?
Həsən Əbluc anılacaq
Aprelin 21-də Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq Həsən Əblucun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Baş İdarədən “Olaylar” – a bildirilib ki, tədbirdə iştirak edəcək mədəniyyət və incəsənət xadimləri aktyorun həyat və yaradıcılığından söhbət açacaqlar. Həsən Əbluc müxtəlif dövrlərdə bir çox teatr və televiziya tamaşalarının quruluşçu rejissoru kimi də böyük uğur qazanıb.
Daşkənddə azərbaycanlı şair İxtiyar Rzanın xatirə lövhəsinin açılışı olub
Daşkənddə yazıb-yaratmış mərhum azərbaycanlı şair, Özbəkistan Yazıçılar İttifaqının üzvü İxtiyar Rzanın yaşadığı binada xatirə lövhəsinin açılışı olub. Xatirə lövhəsi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında hazırlanıb.






.jpg)





.jpg)

