Mədəniyyət
Bu bazar prodüser Fehruz Şamıyev tövsiyə edir...
Kukla Teatrında premyera
AQİL ABBAS: Şərif Ağayarın arzularından sonrakı şəhər haradı?!
Elçin Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…” hekayəsi
“Divlər sarayı” adlı sənədli filmi nümayiş olundu
ADMİU tələbələr ilə Qazaxıstanlı tələbələrin birgə konserti
Muğam Mərkəzində Buktreyler festifalı
Muğam Mərkəzində 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Mərkəzdən “Olaylar” – a bildirilib ki, həftənin ilk dinləmə günündə 8 iştirakçı böyük Azərbaycan şairi İmaməddin Nəsiminin qəzəllərini muğam üstündə səsləndirdilər.
Ələkbər Əliyev - 60
Musiqili Teatrının aktyoru, əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olur. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, teatrın direktoru, əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev müvafiq əmr imzalayıb. Əmrə əsasən teatr sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibəti ilə əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyev mükafatlandırılıb.
Kitab festivalı
Akademik Milli Dram Teatrında “Ölülər”
Aprelin 22-də Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.
Vəfa Zeynalovaya daha bir dəstək
Respublikanın əməkdar artisti Vəfa Zeynalovanın suallara cavab verə bilməməsi sosial mediada sərt tənqidlərlə qarşılanıb. Əməkdar artisti sərt tənqid edənlərlə yanaşı onu müdafiə edənlər də olub. Müdafiə edənlər arasında isə diqqəti çəkən "Xalq Ulduzu 5" yarışmasından tanınan müğənni Teymur Qədirov olub. O aktrisanı müdafiə edərək tənqid edənləri qınayıb: "Tənqid etmək çox asandır, hətta ömründə bir dəfə də olsun kitab üzü açmayan, dünyagörüşü "Tarqovı" küçəsindən, "Bulvar" parkına qədər olan insan hansısa bir akademiki, ixtisasına aid olan və yaxud olmayan suala cavab vermədiyinə görə də tənqid edə bilər.
Teatrdan yeni layihə
Gənc Tamaşaçılar Teatrı daha bir ilkə imza atıb. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdləri və Dövlət Gənc Tamaşaçılar Teatrının peşəkar aktyoru truppası ilə birgə yeni tamaşa hazırlayırlar.
"Onun iki qabırğası" komediyası Naxçıvan səhnəsində
Naxçıvan Dövlət Musiqili Dram Teatrında dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” iki hissəli komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib. Teatrdan “Olaylar” – a bildirilib ki, Naxcivantv.az xəbər verir ki, tamaşa tanınmış dramaturqun “Ağa Məhəmməd şah Qacar” və “Varlı qadın” pyeslərindən sonra Naxçıvan teatrında səhnəyə qoyulan üçüncü əsəridir. Əsərdə keçid dövrünə xas olan ailə dramı mövzusunda yazılmış komediyanın səhnə təcəssümü dövrün mənzərəsini yaradan tamaşa kimi maraqla izlənib.
Afaq Türkiyə şou-biznesinə qatılır - FOTOLENT
Azərbaycanlı müğənni Türkiyə şou-biznesində tanınmaq niyyətindədir. Bu barədə ifaçının özü məlumat verib. O bildirib ki, artıq bu yöndə addımlar da atıb: “İndi bu açıqlamam bəzilərini qıcıqlandıracaq. Amma mən bunu edəcəm.














