“Divlər sarayı” adlı sənədli filmi nümayiş olundu

AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Tarixə səyahət" adlı kinoklub fəaliyyətə başlayıb. Muzeydən "Olaylar" - a bildirilib ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə klubun ilk filmi - ən qədim insan məskənlərindən biri olan Azıx mağarasına həsr olunmuş "Divlər sarayı" adlı sənədli filmin nümayiş olunmuşdur. Filmin ssenari müəllifləri M.Hüseynov, F.Səfiyev, rejissor M.Bağırovdur.

Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Mayisə Rəhimova, tədqiqatçı-jurnalist, əməkdar incəsənət xadimi, professor Musa Bağırov, UNİSER özəl orta məktəbinin tarix müəllimi, İKT sahəsi üzrə direktor müavini Namiq Rüstəmov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Mansur Mansurov və bu institutun elmi işçisi Yaqub Məmmədov, AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d. Nasir Quluzadə, 6 nömrəli tam orta məktəbin şagirdləri və YAP Səbail rayonu "Əhməd Cavad 12" ərazi təşkilatı və Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin YAP Gənclər təşkilatının üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31