Mədəniyyət
Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili almağa göndəriləcək
Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.
Mikayıl Müşfiq Muğam Mərkəzində anılacaq
Aprelin 28 – də Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçiriləcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, Muğam Mərkəzinin və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Azərbaycanlı aktyor “Ən yaxşı kişi ifaçısı” nominasiyası üzrə qalib oldu
Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edib.Teatrdan “Olaylar” – a bildirlib ki, festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar Artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.
"Kaman" Anar Yusubun ifasında
“Mənim Azərbaycanım” və “Koroğlu”
IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında Bakı Şoppinq Festivalının açılış mərasimində Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti mayın 20 –də Heydər Əliyev Sarayında nümayiş olunacaq. Saraydan “Olaylar” – a bildirlib ki, konsertin bədii rəhbəri və quruluşçusu Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakaevdir.
“Don Marleone” Masallıda
“Don Marleone” filminin aktyorları Park Cinema Masallıda imza günü keçirilər. Park Cinemadan “Olaylar” – a bildirlib ki, aktyorlar Rüstəm Cəbrayılov, Natavan Əfəndiyeva, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Rejissor Elmar Bayramov, kolorist Könül Kəngərli ilk öncə “ASAN Həyat” kompleksi ilə tanış olublar, daha sonra isə pərəstişkarları ilə görüşüb, birlikdə filmi izlədilər.
May ayında Gənc Tamaşaçılar Teatrı
Azərbaycanlı müğənni: "Ərimdən xəbərsiz abort etdirdim"
Sabah, yəni aprelin 25-də Milli Məclisin plenar iclasında abortlarla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycanda şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin məbləği artırılır. Bununla yanaşı, abortların qarşısını almaq məqsədilə bir sıra sosial layihələr həyata keçirilir. Bu layihələrdə Azərbaycanın tanımış simaları da iştirak edir.
ADMİU-da amerikali professor sosial iş üzrə seminar keçirdi
Azərbaycan Sosial İş İctimai Birliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun maliyyə dəstəyi ilə “Fullbright” proqramı çərçivəsində fəaliyyətlərini həyata keçirir. Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir.
“Gözəllik kraliçası” yenidən ADGTT-nın səhnəsində...
Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan 3 əsərindən biri – “Lineynin gözəllik kraliçası” tamaşası növbəti dəfə nümayiş etdirilib.
Gənc Tamaşaçılar Teatrı “IV İslam Həmrəyliyi Oyunları”na tam hazırdı
ⅦGənc Tamaşaçılar Teatrında “IV İslam Həmrəyliyi Oyunları” – na dair bütün hazırlıq işləri artıq yekunlaşıb. Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün teatr repertuarınada olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.
Azərbaycanlı bəstəkarın yeni layihəsi: “Mənə niyə baxmırsan?” - VİDEO
Tanınmış azərbaycanlı bəstəkar Rövşən Əyyubov “Mənə niyə baxmırsan” adlı klipini mediaya təqdim edib. Olaylar.az-a açıqlama verən bəstəkar bildirib ki, müəllifi olduğu bəstəni özü ifa edib: “Mahnının ərsəyə gəlməsində bir çox ölkələrdən, Ukrayna, Almaniya, Şotlandiyadan musiqiçilər cəlb olundu.
Müasir Azərbaycan ədəbiyyatında hansı əsərin tərcümə olunub, dünyada tanıdılmasını istərdiniz?
Sentyabrın 28 – də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bu yarmarkada müasir ədəbiyyatımızda yer alan əsərləri görmək həm şəhərimizə gələn turistlər üçün, həm də bizlər üçün çox xoş olardı. Bu məqsədlə yazarlarımıza belə bir sual ünvanladıq: Müasir Azərbaycan ədəbiyyatında hansı əsərin tərcümə olunub, dünyada tanıdılmasını istərdiniz?
Tarkanın Bakı konsertindən qazanacağı məbləğ
Müğənni Tarkan "Formula 1" yarışlarının açılış günü Bakıda konsert verəcək. O, Bakıdakı konsertindən 500 min dollar qazanacaq.














