Mədəniyyət
Musiqili Teatrın may repertuarı
Azərbaycan Dövlət Musiqili Teatrı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək.
“Mədəniyyət naminə elm”silsiləsindən
Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ilinə” həsr olunmuş “Mədəniyyət naminə elm” şüarı altında “Mədəniyyət – davamlı inkişafın amili kimi” mövzusunda növbəti elmi seminar keçirilmışdir.
Azərbaycanlı aktrisa əfsanə qadınları canlandıracaq
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva 1950-ci illərin əfsanəvi qadın sənətçilərini canlandıran fotosessiyaya imza atacaq. “Olaylar” Terkiyə mətbuatına istinadən bildirir ki, aktrisanın canlandıracağı qadınların sırasında Eva Qardner, Sofi Loren, Qreta Qabro, Odri Hepbörn, yunan müğənni Maria Kallas və başqaları yer alır.
“Daşkənd baharı-2017” festivalında azərbaycanlı rejissorun quruluş verdiyi tamaşa nümayiş edilib
“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” operası nümayiş edilib. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edib.
ƏSA Teatrı daha bir ilk ilkə imza atdı
Müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünyamiqyaslı bir ilkə imza atacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, mayın 2 – də saat 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq. Tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır. İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.
Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür məktubu
Akademik Milli Dram Teatrının may ayına olan repertuarı açıqlanıb
Beynəlxalq Muğam Mərkəzində Baku Brass ansamblının konserti keçirildi
Beynəlxalq Muğam Mərkəzində Baku Brass nəfəs alətləri ansamblının konserti keçirildi. Mərkəzdən “Olaylar” – a bildirlib ki, ansamblın tərkibində Əməkdar artist Sirus Məmmədov (truba), əməkdar artist Rövşən Quliyev (truba), əməkdar artist Andrey Sabayev (valtorna),əməkdar artist Əli Hacıyev (tuba), Kamal Tapdıqov(trambon), Ucal Məmmədxam (zərb alətləri) çıxış edirdilər. Konsertdə həmçinin solistlər Vəli Budaqov (klarnet), Leyla Əliyeva (vokal) iştirak edirdilər. Baku Brass ansamblı 2005 ci ildən fəaliyyət göstərir. Ansamblın üzvləri Ü. Hacıbeyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqələrinin laureatlarıdır.
“Balaca şahzadə” Musiqili Teatrda
Musiqili Teatrda yeni tamaşanın məşqlərinə start verilib. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, teatrda Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri olan “Balaca şahzadə” əsərinin musiqili tamaşası hazırlanır.“Balaca şahzadə” bir çox yeniliklərlə zəngin olacaq.
Saraydan yenilik
Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqi istifadəyə verilib. Saraydan “Olaylar” – a bildirlib ki, yenilikdə məqsəd IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılarımıza beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir. IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.
Qismət – Atlar niyə çəhrayıdır?
“Daşkənd baharı-2017” dördüncü Beynəlxalq Opera və Balet festivalının açılışı olub
Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında “Daşkənd baharı-2017” dördüncü Beynəlxalq opera və balet festivalının açılışı olub. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.


.jpg)










.jpg)
