Xoreoqrafiya Akademiyası Gəncə şəhərində

Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova və Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artisti Sənan Hüseynli Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində Gəncə şəhəri, Göygöl, Goranboy və digər ətraf rayonların sənət ictimaiyyəti ilə görüşlər keçiriblər. Akademiyadan "Olaylar" - a bildirilib ki, ustad dərslərində milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər, həm də müasir dövrdə xoreoqrafiya sahəsində gedən proseslər və yeniliklər barədə məlumat verilib.

Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova tədbir iştirakçılarını 2017/2018-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının bütün pillələrinə, o cümlədən tam orta, orta ixtisas (kollec), bakalavriatura və magistratura pillələrinə qəbul qaydaları ilə tanış edərək, mövcud və yeni ixtisaslar barədə məlumat verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31