Mədəniyyət

4 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti

19 May 2017 09:55

Mədəniyyət və Turizm Baş İdarəsinin 4 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirlib ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub. Konsertdə Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. İlk öncə Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.

“Brat Li”  filminin imza günü

19 May 2017 09:49

"Brat Li" bədii filminin imza günü keçirilib. Layihənin mətbuat katibi Fuad Mədətovun "Olaylar" - a   verdiyi açıqlamasında bildirib ki, "CinemaPlus - 28 Mall"da təşkil olunan tədbir izdihamlı olub. Tədbirdə filmin baş qəhrəmanları məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə yanaşı, aktyorlar İlkin Misgərli, Rüfət Nəzər, meyxana ifaçısı Oqtay Kamil, o cümlədən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə və başqaları iştirak ediblər. Pərəstişkarları ilə görüşən filmin qəhrəmanları onlarla şəkil çəkdirib və birlikdə filmi izləyiblər.

Akademik Milli Dram Teatrında Məhluqə Sadıqova anılacaq

18 May 2017 19:55

Mayın 19 – da  Akademik Milli Dram Teatrında görkəmli teatr və kinoxadimi, xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Kamal Abdullanın əsəri Dram Teatrında

18 May 2017 12:06

Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşası təqdim olunacaq. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” –a verdiyi məlumata görə, tamaşa mayın 19-da nümayiş olunacaq.

Azərbaycanlı müğənni xəyanətin qurbanı oldu – VİDEO

17 May 2017 16:23

Azərbaycanlı müğənni Nurəli Cavadov yaradıcılığında yenilik edib. “Olaylar” – a açıqlama verən ifaçı bildirib ki, söz musiqisi özünə məxsus “Dostum qayıdıb” adlı yeni mahnı oxuyub: “Bu günə qədər yaradıcılığımda bir çox yeniliklər etmişəm.

Xoreoqrafiya Akademiyasında “Siz həmişə bizimləsiniz”

17 May 2017 16:00

Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Siz həmişə bizimləsiniz” adlı ədəbi-bədii gecə keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığında geniş söz açılaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb. Tədbirdə ədibin qələminə məxsus “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” televiziya tamaşalarından fraqmentlər, akademiyanın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifalarında isə “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan” pyeslərindən səhnələr nümayiş etdirilmişdir.

Xalq artisti Əliağa Quliyevin 100 illik yubileyi Muğam Mərkəzində

17 May 2017 15:55

Mayın 26 – da Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi qeyd olunacaq. Konsertdə onun həyat və yaradıcılığından söhbət açılacaq. Tarzənin tələbələri, onunla birgə çalışan ifaçılar və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səslənəcək.  Qeyd edək ki, Əliağa Eyvaz oğlu Quliyev 1917-ci il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı. 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı.