Mədəniyyət
Gənc Tamaşaçılarda bu həftə
Musiqili Teatrda bu həftəsonu
Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 26, 27, 28 may tarixlərində saat 12.00 və 19.00-da "Qafqazlı qardaşqızı" (R. Hacıyev), "Qızıl cücə" (V. Ulanovski, V. Orlov), "Toya bir gün qalmış" (Ə. Səmədli), "Qırmızı papaq" (E. Sabitoğlu, Y. Şvarts), "Amerikalı kürəkən" (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Svetlana Bulax, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Ruslan Mürsəlov, Gültac Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Fərid Rzayev, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.
Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə görüşü keçirilib
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə “Film kimi keçən ömür” adı altında görüşü keçirilib.
Biznesmen nişanlısından Aygünə 2 milyonluq TOY HƏDİYYƏSİ - ŞOK
Bu gün paytaxt restoranlarının birində toyu çalınacaq xalq artisti, 50 yaşlı muğam ifaçısı Aygün Bayramovaya toy ərəfəsində sürprizlə qarşılaşıb. Belə ki, nişanlısı İran vətəndaşı, “KÖHEL” avtomobi zavodunun sahibi Fəraməz Gərmrudi ona adınalayiq toy hədiyyəsi edib.
Əhməd Sami Elaydi uşaq kitabxasında
F.Köçərli adına Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi.
Kukla Teatrında “Zəng“
Mayın 24 – də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bir neçə aylıq fasilədən sonra yenidən "Zəng" tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək. Aylar öncə səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaq düşən və keçirdiyi ağır cərrahi əməliyyat sayəsində yenidən həyata qayıdan aktyor bununla sevimli tamaşaçılarına öz sevgi və ehtiramını nümayiş etdirəcəyini bildirdi: “Ötən bir neçə ayda çox ağır zaman keçirdim. Amma heç vaxt ümidimi üzmədim.
“Tarixi biliklər” adlı müsabiqə
Tarix muzeyində “Azərbaycan tarixində almanlar” sərgisi
Şahin Növrəslinin Paris konserti
Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi
Xalq artisti Aygün Kazımova mahnılarının türkiyəli müğənnilər tərəfindən oxunub, müəllifin anonim yazılmasına münasibət bildirib. İfaçı "ATV maqazin onlarla" verilişində deyib ki, bu cür hallara əsəbiləşib: "Türkiyəli müğənnilər tez-tez mahnılarımızı oxuyurlar. Elə rahat da anonim yazıb ki... Adamı yandırıb-yaxırlar. Amma yazıblar da, nə edək? Neşe və Gülden Karaböcek bacıları "İtkin gəlin" mahnımı oxuyub. Müəllifi isə anonim yazıblar. Bir şey edə bilmədik.
Günay Musayeva eks əri haqda danışdı - VİDEO
ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan azərbaycanlı model Günay Musayeva maraqlı açıqlamalar verib. Model çəkildiyi "Cəsur ürək" serialından danışıb: "O serial bitdi. "Dönem işi" serialının çəkilişinə başlayacağıq. Eyni prodakşınla işləyəcəyik. Önümüzdəki sezon sultan olaraq qayıdacağam. Baş rollardan birini oynayacağam".
"Azərbaycan muğamının şahzadəsi" iranlı xanəndəylə bir səhnədə
“İntizar” yenidən Opera və Balet teatrında
Mayın 24-də Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə "İntizar" operası nümayiş olunacaq. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan "Olaylar" - a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Xalq rəssamı Davud Kazımov anılacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək. Muzeydən "Olaylar" - a bildirlib ki, Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.

_().jpg)











