Mədəniyyət
Velosipedin dözülməz yoxsulluğu - Şərif Ağayar
ADMİU-da konserti
ədəniyyət və İncəsənət Universitetində Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin və Rafig's Jazz Group-un iştrakı ilə “Retro Jazz” adlı konsert keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, konsertdə musiqi məktəbinin şagirdləri R.Babayevin “2 prelüd”, V.Mustafazadənin “Mart”, M.Dvorjak “Etüd № 2”, D.Kramer “Petersona ithaf”, H.Lang “It’s oh so quiet”, H.Mancini “Moon river”, “The man I love”, G.Miller “In the mood” və G.Gershwin “Promenade” (“İtlə gəzinti”), II prelüd (“Caz laylası”), “Üç prelüd” I prelüd, III prelüd (“İspansayağı”), “Summertime”, “The man I love” retro jazz nümunələrini ifa ediblər.
Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq
Bir neçə il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu layihə ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Yazıçılar Birliyindən “Olaylar” – a bildirlib ki, 5 iyun böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak edəcəklər..
“İntizar” nümayiş olundu
Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan “Olaylar” – a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
“Səmayi Şəms” layihəsi təqdim edildi
Bakı Xoreoqrafiya Akademiyası "Azərbaycan Respublikasında İslam həmrəyliyi ili"nə həsr olunmuş layihələr çərçivəsində Musiqili Teatrın səhnəsində "Səmayi şəms" rəqs-tamaşasını təqdim etdi. Akademiyadan "Olaylar" - a bildirlib ki, tamaşanı möhtəşəm "Davulla rəqs" kompozisiyası açaraq, dünyaya sülh və həmrəylik mesajları göndərdi. Səhnədə İslam dünyasına daxil olan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan, bir sıra ərəb və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş olundu. "Səmayi-şəms" layihəsinin bədii rəhbəri Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, rejissoru "Tərəqqi" medalı kavaleri Cavid İmamverdiyevdir. Tamaşanın quruluşçu xoreoqrafları - akademiyanın Milli rəqs kafedrasının baş müəllimi, xalq artisti Yusif Qasımov və tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Fondunun Mükafatı laureatı Arman Nurmaxamatulıdır. Rəqs-tamaşanın xoreoqrafları Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli, müəllimlər - əməkdar artist Səbinə Qasımova, əməkdar müəllim Pellumb Aqalıyay və Kamilə Əliyevadır.
Müasir romançılığın ən yaxşı nümunəsi
Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı üzərinə qeydlər Mənim mənsub olduğum ədəbi nəsil - iki minincilər nəsli 90-ların laübalı sükutundan sonra ölü mühitin içinə bir bomba kimi düşdü və bu partlayış bədii düşüncədə bir silkələnmə əmələ gətirdi. Məhrumiyyətlərin cocuğu olan bu uşaqların içindəki hüdudsuz azadlıq ədəbiyyata da yansıdı. Onlar bu söz səltənətinə içi və əli dolu gəldilər. Müstəqil ölkə onların gözü qarşısında qurulurdu və müstəqil ölkənin ən yeni ədəbiyyatı onların təfəkküründən süzülüb kitablara çevriləcəkdi. O dövrdə çoxları bu gənclərə bir qədər inamsız yanaşırdı, onların bədii mətn yaratmaq bacarığına şübhəylə yanaşırdılar. Çox qısa bir zamanda bu imzalar özlərini təsdiq etdilər və bu gün artıq həmin qələm sahibləri ədəbi prosesə yön verməkdədirlər. Yeni nəsil ədəbiyyatını onlarsız təsəvvür etmək mümkünsüzdür.
Tarix muzeyində “Mücadilə”
Muğam Mərkəzində möhtəşəm “Muğam axşamları” layihəsi
“Mizan” Tələbə Dram Dərnəyinin premyerası
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub. Fonddan “Olaylar” – a bildirlib ki, Pedaqoji Universitetin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılan “Mizan” Tələbə Dram Dərnəyinin (TDD) bədii rəhbəri Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilk Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır. Premyerada Pedaqoji Kollecin direktoru Qulu Novruzov, müəllim və tələbə kollektivi, media nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
"Aşka Yolculuk” olacaq
Mayın 25 - də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığıyla Azərbaycan Dövlət Musiqili Teatrında "Aşka Yolculuk chr("39")adlı teatr nümayişi keçiriləcək. Tamaşaya, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri, protokol üzvləri, alimlər və bir çox sənətseverlər təşrif edəcəkdir.
Xalq artisti öz toyunda oxudu - VİDEO
Xalq artisti, muğam ifaçısı Aygün Bayramovanın öz toyunda “Getmə-getmə” məşhur mahnısı ifa edib. Sənətkar ailə qurduğu Fəraməz Gərmrudi ilə eyni səhnəni bölüşüb. Aygün Bayramovanın həyat yoldaşının müşayiəti altında ifa etdiyi “Getmə-getmə” mahnısı diqqət çəkib. İfanın sonunda isə bəy gəlin hamının gözü qarsısında öpüşüb.
Xalq artisti verilişə karateçi oğlu ilə gəldi - VİDEO
Xalq artisti Mənsum İbrahimov "10-dan sonra" verilişinin qonağı olub. Xanəndə proqrama 13 yaşlı oğlu İbrahimlə qatılıb. M.İbrahimov verilişdə övladlarının tərbiyə və təhsilindən danışıb: "Mənim 3 qızım var, İbrahim sonbeşiyimizdir. Müəllim ailəsiyik. Bizdə hər kəsə münasibət eynidir. Atam öz əxlaqına görə çox nümunəvi biri olub. Mən də öz tərbiyəmi atamdan götürmüşəm. İbrahim də özündən əvvəl bacılarını, onların təhsilə münasibətini görüb-götürüb. İki qızım Bakı Dövlət Universiteni fərqlənmə ilə bitirib. Bir qızım Tibb Universitetində oxuyur. Onlara görə heç kimdən nəsə xahiş etməmişəm, hamısı özü oxuyur. Uşağın var-dövləti onun təhsilidir. Valideynin də borcu ona yaxşı tərbiyə verməkdir".














