Mədəniyyət

Biznesmen nişanlısından Aygünə 2 milyonluq TOY HƏDİYYƏSİ - ŞOK 

23 May 2017 17:05

Bu gün paytaxt restoranlarının birində toyu çalınacaq xalq artisti, 50 yaşlı muğam ifaçısı Aygün Bayramovaya toy ərəfəsində sürprizlə qarşılaşıb. Belə ki, nişanlısı İran vətəndaşı, “KÖHEL” avtomobi zavodunun sahibi Fəraməz Gərmrudi ona adınalayiq toy hədiyyəsi edib.

Əhməd Sami Elaydi uşaq kitabxasında

23 May 2017 14:30

F.Köçərli adına Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Əhməd Sami Elaydi şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi.

Kukla Teatrında “Zəng“

23 May 2017 14:27

 Mayın 24 – də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bir neçə aylıq fasilədən sonra yenidən "Zəng" tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək.  Aylar öncə səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaq düşən və keçirdiyi ağır cərrahi əməliyyat sayəsində yenidən həyata qayıdan aktyor bununla sevimli tamaşaçılarına öz sevgi və ehtiramını nümayiş etdirəcəyini bildirdi: “Ötən bir neçə ayda çox ağır zaman keçirdim. Amma heç vaxt ümidimi üzmədim.

Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

22 May 2017 18:45

Xalq artisti Aygün Kazımova mahnılarının türkiyəli müğənnilər tərəfindən oxunub, müəllifin anonim yazılmasına münasibət bildirib. İfaçı "ATV maqazin onlarla" verilişində deyib ki, bu cür hallara əsəbiləşib: "Türkiyəli müğənnilər tez-tez mahnılarımızı oxuyurlar. Elə rahat da anonim yazıb ki... Adamı yandırıb-yaxırlar. Amma yazıblar da, nə edək? Neşe və Gülden Karaböcek bacıları "İtkin gəlin" mahnımı oxuyub. Müəllifi isə anonim yazıblar. Bir şey edə bilmədik. 

Günay Musayeva eks əri haqda danışdı - VİDEO

22 May 2017 18:31

ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan azərbaycanlı model Günay Musayeva maraqlı açıqlamalar verib. Model çəkildiyi "Cəsur ürək" serialından danışıb: "O serial bitdi. "Dönem işi" serialının çəkilişinə başlayacağıq. Eyni prodakşınla işləyəcəyik. Önümüzdəki sezon sultan olaraq qayıdacağam. Baş rollardan birini oynayacağam".

“İntizar”  yenidən Opera və Balet teatrında

22 May 2017 15:35

Mayın 24-də Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə  "İntizar" operası nümayiş olunacaq. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan "Olaylar" - a bildirlib ki,  əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Xalq rəssamı Davud Kazımov anılacaq

22 May 2017 15:30

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək. Muzeydən "Olaylar" - a bildirlib ki, Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.

Muğam Mərkəzində gənc istedadların konserti

22 May 2017 13:40

Muğam Mərkəzinin dəstəyi ilə Fikrət Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin 2016- 2017 ci tədris ili üzrə yekun- hesabat konserti keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbir görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95 illiyinə və onun adını daşayan məktəbinin 55 illik yubiyelinə həsr edilib. Tədbirin ilk hissəsi Mərkəzin foyesində baş tutdu. “Odlar Yurdu” rəqs qurupu “Qavalla rəqs” və “Azərbaycan suitası” rəqs kompozisiyaları ilə çıxış etdilər. Tədbirin ikinci hissəsində məktəbin tələbələri Xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycan və xarici bəstəkarlarının əsərlərini ifa etdilər. Tamaşaçılar qarşısında Babaşova Xədicə, Cəfərzadə Turan, Hüseynli Abbas, Hacıyeva Humay, Hacıyev Emil, Mürşüdov Səttar, Qasımov Emin, Həsənli Nigar, Nəbizadə Emin, Hacıyeva Məktubə, Məsumova Ləman, Cəfərzadə Kərim və Cabbarov İbrahim çıxış etdilər.

Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab: "Özün bilirsən sən kimsən"

22 May 2017 13:00

Meyxanaçı Samirə Yusifqızı ilə əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı səngimək bilmir.  G.Əliyeva səsləndirdiyi "Ay nənə" mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjmanın ona məxsus olduğunu bildirən Samirəyə "10-dan sonra" verilişi vasitəsilə cavab verib. 

ADMİU-da XII beynəlxalq elmi-praktiki konfrans

22 May 2017 12:38

Mədəniyyət və İncəsənət Universitetində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı Türkiyə, Özbəkistandan gələn tədqiqatçılarının da iştirakı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva konfrans iştirakçılarını salamlayaraq, Universitetdə fasiləsiz və davamlı olaraq keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfransa azalmayan marağın səbəblərini, qoyulan mövzuların aktuallığını vurğulayıb.