Mədəniyyət

Nazənin Təranəni yenə məhkəməyə verir

21 Dekabr 2017 14:19

Təranə Qumral (İbrahimova) instaqram səhifəsində Nazənin xanımın ailə üzvləri barəsində qeyd etdiyi yazılar əxlaqi prinsiplərə ziddir. Bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib. O, Təranə Qumralın həmkarının oğlunu cindar adlandırmasına münasibət bildirib. 

Ələkbər əminin inanılmaz ölüm səbəbi: Diş həkiminə gedib və... - İLLƏR SONRA AÇIQLANAN FAKTLAR

21 Dekabr 2017 12:45

90-cı illərdə böyüyən uşaqlarda mərhəmətin, sevginin, aydın təfəkkürün formalaşmasında valideynlərin və bilik ocaqlarının təlim-tərbiyəsi ilə yanaşı, bir qəhrəmanın da böyük rolu vardı. O, mavi ekranlardan ölkənin bütün balacalarını oxşayacaq qədər böyük ürəyə, qəlbindəki sevgini bütün bəşər övladı ilə bölüşəcək qədər zəngin mənəviyyata sahib idi. O, yaşından asılı olmayaraq, hər kəsin "Ələkbər əmi" deyə müraciət etdiyi doğma sima idi. Ələkbər əmi artıq 10 ildir ki, bu həyatda yoxdur. Lakin bu cismani yoxluq onu sevənlərinə, xüsusən də ailə üzvlərinə unutdurmur. Həmsöhbətim sevimli aktyor, Təbəssüm Ordeninə layiq görülən yeganə azərbaycanlı, mərhum Ələkbər Hüseynovun həyat yoldaşı Afaq Hüseynovadır.

“Qara bağ” -  Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film”

21 Dekabr 2017 12:21

Rejissor Amil Məmiyevin “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az  -a bildirilib ki, dünən baş tutan mükafatlandırma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.

Müğənni Nazəninin falçılıq edib CİN ÇIXARAN OĞLU - FOTOFAKT (İDDİA)

21 Dekabr 2017 11:38

“Eşitdiyimə görə, Nazənin xanımın oğlu Fəxri cindardı. İnsanların bədənindən cin çıxarır”. Bu sözləri müğənni Təranə Qumral öz instaqram hesabında yazıb. O, Nazənin oğru Fəxrinin cindar olduğunu iddia edib.

Əhməd Bakıxanovun 125 illik yubileyinə həsr olunmuş tədbir 

21 Dekabr 2017 09:54

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tarzən, xalq artisti Əhməd Bakıxanovun 125 illik yubileyilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir həmçinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin yaranmasının 80 illik yubileyinə həsr olunub.

İlham Tumasın uzun sürən araşdırması - “Dünyanın gizli ocağı: Vatikan” kitabı təqdim ediləcək

21 Dekabr 2017 09:52

Dekabrın 23 - də Kitabevim.az mağazalar şəbəkəsinin “28 may” filialında “XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” seriyasında çap olunan teleaparıcı, jurnalist İlham Tumasın “Dünyanın gizli ocağı: Vatikan” kitabının təqdimat mərasimi keçiriləcək. “XAN” nəşriyyatından Olaylar.az -a verilən məlumata görə, kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Bu kitabdan Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda həqiqətlər oxuyacaqsınız.

Beynəlxalq Kino Gününə həsr edilmiş konsert

21 Dekabr 2017 09:13

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 dekabr - Beynəlxalq Kino Gününə həsr edilmiş tədbir keçirilib. Muzeyin direktoru Sevinc Mikayılova Azərbaycanda kino sənətinin inkişafından, kinolarımıza musiqi bəstələyən görkəmli bəstəkarlardan söhbət açıb.

Abbas və Brilliant İLLƏR SONRA BARIŞDI – FOTOFAKT

20 Dekabr 2017 20:09

Xalq artisti Brilliant Dadaşova ilə Əməkdar artist Abbas Bağırov barışıb. Bir neçə ildir küsülü olan ifaçılar Yeni il çəkilişində bir araya gəlib.

Azadlığa buraxılan modelyer Səbinə: “Bu işlərin arxasında dayananı…”

20 Dekabr 2017 20:07

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən tanınmış modelyer Səbinə Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona şərti cəza verilərək, məhkəmə zalından azadlığa buraxılıb. Bir neçə gün öncə həbs edilən və bu gün yenidən azadlığına qovuşan S.Hüseynova baş verənlərə aydınlıq gətirib. Modelyer qeyd edib ki, onun həbs olunmasına səbəb dələduzluq deyil, məhkəmə proseslərinə qatılmamasıdır:

“Tarixə səyahət” Muzeydə nümayiş olundu

20 Dekabr 2017 20:01

Dekabrın 20 - də Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” klubunun məşğələlərində cari ildə fəallığı ilə seçilən üzvlərinin təltif etmə mərasimi və Muzeyin “Tarixə səyahət” adlı kinoklubunda “ARB Aran” yaradıcılıq mərkəzinin istehsalı olan, XIX – XX əsrin əvvəllərində yaşamış Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş filmin ilk dəfə nümayişi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə tarixçilər, incəsənət nümayəndələri, könüllü ictimai fəallar, məktəblilər və tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Qara Qarayevin 100 illiyi - "Qoyya" baleti 

20 Dekabr 2017 19:52

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında "Qoyya" baletinin quruluş verilir. Olaylar.az bildirir ki, tamaşanın quruluşu Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Premyera tamaşası 2018-ci il fevralın 3-də keçiriləcək. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyət dəvət edilib.

“Kamança” pyesi səhnələşdirilib

20 Dekabr 2017 19:46

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində  görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.

"Hörümçək adam" Gənc Tamaşaçılarda

20 Dekabr 2017 19:36

Yeni ilin ilk günlərində Gənc Tamaşaçılar Teatrının “Hörümçək adam“ səhnəsində uşaqlarla görüşə gələcək. Olaylar.az bildirir ki, Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq. Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşasını tam fərqli formatda təqdim ediləcək. 

Universitetdə Beynəlxalq Ərəb Dili Günü

20 Dekabr 2017 19:29

Bilik Fondunun, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Mədəniyyət və İncəsənət Universitetində Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi, Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri Beynəlxalq Ərəb Dili Günü münasibətilə tələbələrlə görüşüb.