Mədəniyyət
Məşhur aktyor Bakıya gəlir
Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı çərçivəsində hind kinosunun ulduzu, dünya şöhrətli aktyor Dharmendra ilə görüş keçiriləcək. Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunub.
“Mədəniyyətlərarası dialoq-dünya eposları” adlı sərgi
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası və SABAH qrupunun birgə layihəsi olan “Mədəniyyətlərarası dialoq-dünya eposları” adlı sərgi keçirilib. Sərgidə ADU tələbələri dünya mədəniyyətinin şifahi xalq ədəbiyyatı nümunələri olan eposlar haqqında təqdimat edərək, “Kitabi-Dədə Qorqud”, “İqor polku haqqında dastan”, “Nibelunqlar haqqında nəğmə”, “Beovulf” və “Roland haqqında nəğmə”, “Sid haqqında nəğmə” dastanları barədə Azərbaycan, ingilis, rus və digər dillərdə ətraflı məlumat veriblər. Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Əliyeva dünya və Qərbi Avropa eposlarını Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi, kökləri mifoloji dünyagörüşünə gedib çıxan “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisəli şəkildə öyrənməyin əhəmiyyətindən bəhs edib.
“Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova “Naz eyləmə”, “Bizə gəl yar” , Əməkdar artist Ehtiram Hüseynov “Çoxları incikdi”, “Sərvi-azad” , xanəndə Kamilə Nəbiyeva “Neyləyə billəm” təsniflərini ifa ediblər.
Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çapdan çıxıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Iqbalnamə’” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Teatr universitetin qonağı olacaq
Dekabrın 30 – da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq. Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün “Qoğalın yeni il sərgüzəştləri” adlı nağıl tamaşasını ölkənin ən qabaqcıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcək.
Təranə və Nazənin qalmaqalına Xoşqədəm qarışdı: "... bunlardan utanıram"
Uzun müddətdir müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral aparıcı Xoşqədəm Hidayətqızından kömək istəyib. Təranə "Səni axtarıram" verilişinə çıxıb.
“Kəklikotu”ya şok ittiham: başqa filmdən götürülüb...
Kəklikotunu başqa bir bitki ilə əvəzləmək ideyası dəfələrlə istifadə olunub. Kino prinsipcə xoşuma gəldi, montaj və s. yaxşıdır, dinamik çəkilib. Sözün əsl mənasında filmə baxmaqdan zövq aldım. Aktyorlardan ən xoşuma gələn Müşfiq Şahverdiyevin rolu oldu. Düzü, Müşfiqi belə sərbəst oynayan görməmişdim.
Türklər müğənnilərimizi MÜZAKİRƏ ETDİ: “Röyanı çox bəyənirəm, Miri Yusif “bəbəyim”dir” – VİDEO
Yutub kanallarının birində insanların reaksiyasını yoxlamaq üçün türkiyəli vətəndaşlara Azərbaycan mahnıları dinlədilib. İlk Miri Yusifin səsinə qulaq asan gənclər onu dünya şöhrətli müğənni Pitbula bənzədiblər.
Buta naxışının ən qədim nümunəsi Naxçıvanda tapılıb
Naxçıvanda aparılan tədqiqatlar nəticəsində buta naxışının ən qədim nümunəsi tapılıb. AMEA Naxçıvan Bölməsindən verilən məlumata görə, son illər muxtar respublikada aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan gil qablar üzərindəki buta təsvirləri bu naxışın tarixini xeyli qədimləşdirib.
Zaur Kamal xanım müğənnini onu öpməsi üçün məcbur etdi: "Öp məni, sevgini göstər" - VİDEO
“5-də 5” verlişinin bugünkü efirində maraqlı anlar yaşanıb. Proqramın qonaqlarından biri müğənni Şəbnəm Tovuzlu olub.
Sona Hacıyevanın 110 illiyi qeyd edildi
Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq Artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar.
Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçiriləcək
Məlahət Abbasova Musiqili Teatra təşəkkür etdi
İstedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova bu günlərdə "Facebook" hesabında paylaşım edib. Musiqili teatrın mətbuat xidmətindən bildirilib ki, istedadlı aktrisa Azərbaycan Dövlət Musiqili Teatrının binasının şəklini paylaşaraq Tamer Karadağlı ilə birlikdə qonağı olduğu teatrda qarşılaşdığı qonaqpərvərliyə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edib.
Kamran Həsənli qəzəbləndi: “Hansı məmurla, hansı restoranda görüşmüşəm?” - QALMAQAL
Beynəlxalq Muğam Mərkəzində ritmik muğamlar səslənəcək
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək. Olaylar.az bildirir ki, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” və başqa ritmik muğamları səslənəcək.




.jpg)









