Sona Hacıyevanın 110 illiyi qeyd edildi
Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq Artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar.
26 Dekabr 2017 07:35 MədəniyyətAzərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq Artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar.
Görkəmli sənətkar 1920-ci ildən ömrünün sonunadək Dövlət Dram Teatrının səhnəsində dünya və Azərbaycan dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaradıb. 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin inkişafına da öz töhfəsini verib. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərində rol alan Sona Hacıyevanın milli kino tarixindəki xidmətləri qeyd olunub.
Tədbirdə Xalq Artisti, "Şərəf nişanı" ordenli Sona Hacıyevanın yaradıcılığı ən müxtəlif istiqamətlərdən xatırlanıb.