Mədəniyyət

Tələbələrin əsərlərindən ibarət ingilis üsullu hərrac

25 Dekabr 2017 10:08

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin Sənətşünaslıq və Dəzgah rəngkarlığı ixtisasının IV kurs tələbələrinin təşəbbüsü ilə ilk dəfə olaraq açıq ingilis üsulu “I Bədii Auksion” keçirilib. Olaylar.az bildirir ki, hərracda “Rəngkarlıq və qrafika”, “Dizayn və dekorativ-tətbiqi sənət” kateqoriyaları üzrə Rəssamlıq fakültəsində təhsil alan tələbələrin müxtəlif mövzuda və texnikada 30-a yaxın əsəri iştirak edib.

Röya qalmaqalına AYGÜN KAZIMOVADAN MÜNASİBƏT: “Doğruları söyləyib” – VİDEO

25 Dekabr 2017 09:04

ATV-nin efirində yayımlanan “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasını bu dəfə Xalq artisti Aygün Kazımova sıralayıb.  10-cu pilləyə Əməkdar artist Tünzalə Ağayevanı layiq bilən Xalq artisti radio proqramların birində onun yanından keçib salam verməyən həmkarına eyham vurmağı da unutmayıb: “Mən Tünzaləyə “Bakı payızı”nda da 10 bal vermişdim. Bugünkü gün də belə həmin yarışmadan kimlər sağ qalıbsa, onları görəndə qarşılarına qaçıb 5 dəfə salam verirdik. Biz heç vaxt gözləməmişik ki, onlar bizə salam versin. Eşidəndə gördüm ki, dəfələrlə bu mahnıya Tünzalənin ifasında qulaq asmışam. Lakin onun sevənlərinin öz zövqü var”.

Molla Pənah Vaqifin 300 illik yubileyi Şimali Kiprdə qeyd olunub

24 Dekabr 2017 09:21

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdəniz Universitetinin (DAU) birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə TÜRKSOY-un yaranması və fəaliyyət istiqamətlərini əks etdirən film nümayiş olunub.

Rəşid Behbudovun qızı Aygün Bəylərlə Röyanı BİABIR ETDİ: “Onlarla.."

23 Dekabr 2017 19:03

Azərbaycanın Əməkdar artisti, opera müğənnisi, dahi sənətkar Rəşid Behbubodovun qızı Rəşidə Rəşid son vaxtlarda maqazin gündəmini məşğul edən Aygün Bəylər və Röya qalmaqalına səssiz qala bilməyib. Rəşidə Rəşid titulundan imtina etmək istədiyini deyib. Biryukli (qədim stolüstü rus oyun) oynamaqdan bezdiyini deyən R.Rəşid Aygün Bəylərlə Röya qamqallarından sonra titulundan imtina etdiyini bildirib. O, bu barədə sosial şəbəkədə yazıb:

Beynəlxalq Muğam Mərkəzində Dünya Azəbaycanlılarının Həmrəyliyi günü 

23 Dekabr 2017 15:33

Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Olaylar.az bildirir ki, tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 23-də təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» adlı kitabın təqdimatı keçirildi. 

Aytən Cavanşir oxucularla görüşəcək

23 Dekabr 2017 09:48

Dekabrın 24-də  saat 15:00-da “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası çərçivəsində Aytən Cavanşirin oxucularla görüşü təşkil olunacaq. “Qanun” nəşriyyatının stendində baş tutacaq tədbirdə “Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin” kitabları ilə yanaşı, yazıçının tərcümə müəllifi olduğu “Tikanlıqda şərqi deyənlər” romanı da (endirimlə) təqdim olunacaq.

“Cırtdan” yeni quruluşda - Premyera

23 Dekabr 2017 09:46

Dekabrın 24-də Mirmehdi Seyidzadənin 110 illik yubileyi münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında  premyeraya olacaq. Olaylar.az bidirir ki, şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Yeni il konserti

23 Dekabr 2017 08:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər.  Proqram Şaxta babanın çıxışı və R.Hacıyevin “Gənclik” rəqsi ilə başladı. Artıq ənənənə halına çevrilmiş balacaların aparıcılıq qabiliyyəti bu dəfə də tamaşaçıların diqqətindən yan keçmədi.

“Doğma diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunub

22 Dekabr 2017 23:47

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsini elan olunub. Müsabiqənin yekun sərgisi dekabr 26 - da, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd - ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir.

34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı olub

22 Dekabr 2017 22:45

34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.

"Arxalarında dayanan pullu kişiləri..."

22 Dekabr 2017 18:20

"Bizim bu bəzi əməkdar və xalq artistlərini görəndə lap ətim tökülür. Hələ çıxıb yekə-yekə danışıb, efirdən ağıl dərsləri keçib, nəyisə sübut etməyə çalışırlar. Onda da lap sənətdən küsməyim gəlir". Bu sözləri aktrisa Cəmilə Tağızadə aktyorların ünvanına yazıb.

Stilistdən Nigar Camala: "O dərəcədə zövqsüzdür ki..."

22 Dekabr 2017 17:51

“Nigar Camalın zövqlə bağlı problemi var. Bunu üzünə də demişəm”. Bu sözləri stilist Anar Ağakişiyev “Səhər-səhər” verilişində deyib.

Azərbaycanda vəzifəli şəxsdən rəqqasəyə İNTİM TƏKLİFİ: "Gecə üçün mənə 100 min dollar..."

22 Dekabr 2017 15:57

Açıqlama verən Aygün bunun səbəbi kimi dilini dinc qoya bilməməsini göstərib: "Hər zaman çalışıram az danışım. Amma az danışan zaman da düz danışıram. Çünki sevmirəm həyatda yalan danışım, kiməsə şər atım və ya qarşımdakını aldadım. Hər hansı jurnalist sual verərsə, o zaman mən nağıl danışa bilmirəm, açıram sandığı, tökürəm pambığı".

Aygün Bəylərdən Röya barədə GÖZLƏNİLMƏZ SÖZLƏR: “Röyakimilər...”

22 Dekabr 2017 13:53

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişinin qonağı olub. İfaçı gündəmi zəbt edən Röya Ayxan və Nigar Camal qalmaqalına münasibət bildirib. O, Röyanı tənqid edib: Müğənni Elgizin Röyanı tərifləməsinə etiraz edərək bu sözləri deyib: “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir.

Rasim Balayevin səhhətindən xəbər var

22 Dekabr 2017 13:37

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var. Bu barədə açıqlamasında xalq artisti özü məlumat verib. O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib:  "Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə artıq müayinə üçün mənə xəbər edəcəklər".