Mədəniyyət
Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çapdan çıxıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Iqbalnamə’” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Teatr universitetin qonağı olacaq
Dekabrın 30 – da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq. Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün “Qoğalın yeni il sərgüzəştləri” adlı nağıl tamaşasını ölkənin ən qabaqcıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcək.
Təranə və Nazənin qalmaqalına Xoşqədəm qarışdı: "... bunlardan utanıram"
Uzun müddətdir müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral aparıcı Xoşqədəm Hidayətqızından kömək istəyib. Təranə "Səni axtarıram" verilişinə çıxıb.
“Kəklikotu”ya şok ittiham: başqa filmdən götürülüb...
Kəklikotunu başqa bir bitki ilə əvəzləmək ideyası dəfələrlə istifadə olunub. Kino prinsipcə xoşuma gəldi, montaj və s. yaxşıdır, dinamik çəkilib. Sözün əsl mənasında filmə baxmaqdan zövq aldım. Aktyorlardan ən xoşuma gələn Müşfiq Şahverdiyevin rolu oldu. Düzü, Müşfiqi belə sərbəst oynayan görməmişdim.
Türklər müğənnilərimizi MÜZAKİRƏ ETDİ: “Röyanı çox bəyənirəm, Miri Yusif “bəbəyim”dir” – VİDEO
Yutub kanallarının birində insanların reaksiyasını yoxlamaq üçün türkiyəli vətəndaşlara Azərbaycan mahnıları dinlədilib. İlk Miri Yusifin səsinə qulaq asan gənclər onu dünya şöhrətli müğənni Pitbula bənzədiblər.
Buta naxışının ən qədim nümunəsi Naxçıvanda tapılıb
Naxçıvanda aparılan tədqiqatlar nəticəsində buta naxışının ən qədim nümunəsi tapılıb. AMEA Naxçıvan Bölməsindən verilən məlumata görə, son illər muxtar respublikada aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan gil qablar üzərindəki buta təsvirləri bu naxışın tarixini xeyli qədimləşdirib.
Zaur Kamal xanım müğənnini onu öpməsi üçün məcbur etdi: "Öp məni, sevgini göstər" - VİDEO
“5-də 5” verlişinin bugünkü efirində maraqlı anlar yaşanıb. Proqramın qonaqlarından biri müğənni Şəbnəm Tovuzlu olub.
Sona Hacıyevanın 110 illiyi qeyd edildi
Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq Artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar.
Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçiriləcək
Məlahət Abbasova Musiqili Teatra təşəkkür etdi
İstedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova bu günlərdə "Facebook" hesabında paylaşım edib. Musiqili teatrın mətbuat xidmətindən bildirilib ki, istedadlı aktrisa Azərbaycan Dövlət Musiqili Teatrının binasının şəklini paylaşaraq Tamer Karadağlı ilə birlikdə qonağı olduğu teatrda qarşılaşdığı qonaqpərvərliyə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edib.
Kamran Həsənli qəzəbləndi: “Hansı məmurla, hansı restoranda görüşmüşəm?” - QALMAQAL
Beynəlxalq Muğam Mərkəzində ritmik muğamlar səslənəcək
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində ritmik muğamlar səslənəcək. Olaylar.az bildirir ki, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Murad Əlbüləzimov, Nərgiz Nuriyeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Ramiq Bayramov, Sədəf Budaqovanın ifasında ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” və başqa ritmik muğamları səslənəcək.
Azərbaycan Fotoqraflar Birliyindən mühüm qərar
Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun mənzil qərargahında Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin 2016 – 2017 – ci illərdə gördüyü işlərin yekin iclası keçirilib. Olaylar.az bildirir ki, iclasın sədri Ayxan Əhmədov, katibi isə Könül Süleymanova seçilib. Hesabatı idarə heyətinin sədri Mirnaib Həsənoğlu hesabat illəri ərzində AFB-nin uğurları ilə yanaşı uğursuzluqlardan danışıldı. AFB sədrinin hesabatına öz münasibətini AFB-nin təsisçisi Rəfael Qəmbərov bildirdi. Çıxışında AFB fəaliyyətində hər bir kəsin fotoqrafiya naminə bacardıqları işlər görmək arzu etdi. AFB fəaliyyətini bu illər ərzində qənaətbəxş hesab edildi.
Könül Xasıyeva xəstəxanaya yerləşdiriləcək
Xalq artisti Könül Xasıyeva Yeni il bayramından sonra Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq. Bu barədə açıqlamasında xalq artist özü məlumat verib.
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın tanınmış simalarına Azərbaycan Milli Elmlər Akademiyasının mükafatlarının təqdim olunma mərasimi keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.

.jpg)












.jpg)