Mədəniyyət

"Azərbaycanda qadınlar elə bil ki, üzr istəyirəm ifadəmə görə, daha ..."

5 Yanvar 2018 16:33

Müğənni-aparıcı Murad Arif diqqətləri aparıcılığını etdiyi "Status" verlişində şou-biznes əhlinin 2017-ci ildə gördüyü işlərə yönəldib. Mövzusu "Ötən il şou-biznes nə ilə yadda qaldı?" olan verilişdə aparıcı "ilin qadın müğənnisi", "ilin kişi müğənnisi" nominasiyaları üzrə məşhurların adına aydınlıq gətirmək üçün bir neçə tanınmış şou yazarının köməyindən istifadə edib.

“Çölçü”dən növbəti uğur

5 Yanvar 2018 15:14

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb. Olaylar.az bildirir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.

Nigar Camaldan gecə klubunda EROTİK RƏQS - VİDEO

5 Yanvar 2018 13:03

“Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camal erotik rəqsinin görüntüləri ilə diqqət çəkib. Gözəllikdə yeganə "rəqibim qızlarımdır" deyən ulduz Yeni il gecəsində klublardan birində çıxış edib. Zahirən Cennifer Lopesə oxşadılan müğənni səhnədə çıxışı zamanı rəqsiylə dünya şöhrətli pop divasını kölgədə qoyub.

Natavan Həbibi ilə Dado barışıb?

5 Yanvar 2018 09:43

 Dado ilə müəmmalı bir şəkildə ailə quran çox keçmədən ayrılıq qərarı alan Natavan Həbibi indi də reperlə şəklini paylaşıb. Müğənni bir dostunu doğum günü münasibəti ilə təbrik edib.

Gənc Tamaşaçılar Teatrında premyeralar

5 Yanvar 2018 09:10

 Yanvarın 9-da  Gənc Tamaşaçılar Teatrında Əməkdar Artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlunun Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. Olaylar.az bildirir ki, yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisun “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir.

“Bu şəhərdə”dən Lənkəranda müəllimlərə məcburi bilet satılması ilə bağlı AÇIQLAMA

4 Yanvar 2018 13:54

“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərdə məcburi bilet satılması ilə bağlı açıqlama verib. Komandanın ssenaristi biletlərin məcburi qaydada satılması xəbərinin həqiqəti əks etdirmədiyini deyib: “Sosial şəbəkələrdə təkcə bizim haqqımızda deyil, idmançılar, siyasətçilər, müğənnilər və digər məşhur simalar haqqında kim nə istəyir yazır. Min şükür ki, bizi müzakirə edirlər. Bu, o deməkdir ki, aktualıq. Nə sirdirsə, hər dəfə konsertlərimiz ərəfəsində belə hallar baş verir”.

Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ

4 Yanvar 2018 12:51

140-dan çox ölkədə göstərilən türk serialları 2017-ci ildə Türkiyəyə 350 milyon dollardan çox gəlir gətirib. Qardaş ölkənin serial sektoru yüksək ixracat göstəricilərinə nail olaraq böyük uğura imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, son 10 ildə dünyada maraqla izlənən türk serialları Amerika seriallarından sonra ikinci sırada yerləşib. Amerikadan Rusiyaya, Balkanlardan Orta Şərqə və Uzaq Şərqdən Latın Amerikaya qədər dünyanın dörd bir tərəfində göstərilən serialların illik ixracat gəliri 350 milyon dollardan çox olub. Kino Baş İdarəsinin məlumatlarına görə, bu günə qədər ən çox ixrac edilən seriallar arasında "Adını Feriha koydum", "Gümüş", "Fatmagülün suçu nə?”, "Ezel" və "Kara Sevda" yer alıb.

Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdirilir

4 Yanvar 2018 11:18

Xalq artisti Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdiriləcək. Bu haqda axşam.az-a açıqlamasında xanəndə özü deyib. O bildirib ki, son günlər ağrıları daha da çoxalıb: "Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdiriləcəm. Həkimlər hələ 14 gün müalicə almalı olduğumu deyiblər. Əgər lazım gəlsə, daha çox qalacam. Son günlər ağrılarım da çoxalıb. Bayramın bitməyini gözləyirdim ki, xəstyəxanaya gedim".

Açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq

4 Yanvar 2018 09:52

Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki,Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparıblar.Olaylar.az bildirir ki, ilkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Azərbaycanlı məşhur xanım aparıcı işdən çıxdı - FOTO

3 Yanvar 2018 22:35

Bir müddət əvvəl ARB TV ilə yollarını ayıran, daha sonra “Space”də layihəsi ilə efirə qayıdan Zümrüd Qasımova işdən çıxıb. Teleaparıcı ötən ilin dekabr ayında kanalla yollarını ayırmaq qərarına gəlib.

“İRS cizgi” yaradıcılıq qrupunun

31 Dekabr 2017 14:40

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-də həyata keçirilən layihələrdən, Milli Rəqəmsal Yaddaş bazasının prinsip və perspektivlərindən, vikipedia təlimlərindən, keçirilən tədbirlərdən, təqdimatlardan söz açıb. O, təqdimatı keçirilən "Koroğlu" milli komiksi haqqında fikirlərini bölüşüb: "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksi Azərbaycanda bu sahədə ilk uğurlu layihədir.

Xalq artisti vəfat etdi

31 Dekabr 2017 14:33

Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib. Maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.