Mədəniyyət

"Dolma və kamançanın UNESCO-nun siyahısına salınması mədəniyyətimizin təntənəsidir"

29 Dekabr 2017 17:06

"Mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir".

XIX əsrə aid əl tərəzisi

29 Dekabr 2017 13:26

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik məişət əşyası daxil olub. Bu, məişətimizdə geniş istifadə olunan əl tərəzisidir. Olaylar.az bildirir ki, XIX əsrin sonu - XX əsrin əvvəlinə aid edilən əl tərəzisi ölçü vahidi kimi müxtəlif məqsədlərlə işlədilib. Dirək formasında olan tərəzi bürüncdəndir,  bir tərəfində yoğun tutacağı var.

Daşkənddə Azərbaycanı təbliğ edən fəallar mükafatlandırılıb

29 Dekabr 2017 13:27

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasim dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramına həsr olunub. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər iştirak ediblər.

"Mənim üçün müğənni Aygün Bəylərdir" - Dostundan Röyaya ZƏRBƏ

29 Dekabr 2017 13:08

"5/5" verilişində Zaur Kamalın qonağı olan Rəhim Rəhimli aparıcının suallarına yeni qalmaqalların əsasını qoyacaq açıqlamaları ilə yadda qalıb.  Zaur müğənni qonağına "Rəhim, sən yaxşı bəstəkarsan, yoxsa yaxşı müğənni?" sualı ilə müraciət edib.

Mədət Quliyev Faiq Ağayevin konsertində

29 Dekabr 2017 09:36

Dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert proqramı təqdim edilib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

"Müasir Azərbaycan animasiyası" mövzusunda konfrans

29 Dekabr 2017 09:21

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində animasiya studiyalarının təmsilçiləri, rejissorlar, prodüserlər, rəssamlar və kinoşünasların iştirakı ilə "Müasir Azərbaycan animasiyası" mövzusunda konfrans keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə "Azərbaycan animasiyası" kitabının təqdimatı baş tutub. Kitabın tərtibatçısı Rəşid Ağamalıyev yerli və xarici ekspertlər tərəfindən ərsəyə gələn, Azərbaycanda ilk dəfə təqdimatı baş tutan bu kitab haqqında ətraflı məlumat verib.

Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

28 Dekabr 2017 22:10

Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konserti keçirilib. Konsertdə Musiqi sənəti fakültəsinin tələbələri Nəzakət Veysəlova R.Səfərlinin “Yeni il”, Həmid Həmzəyev “Por una Cabeza”, Kamil Qədimzadə F.Əmirovun “Reyhan”, Məlik Məmmədov “You are so beautiful”, “Let it snow”, Aytac Fərəcova “The shadow of your smile”, Cəlal Məlikli A.Məlikovun “Yeni il”, Əli Bayramov, Bahadur Həsənov, İlyas Murad “Bamboleo”, Aytac Şahmar qızı “Cheek to cheek”, Xasay Şıxıyev T.Quliyevin “Yeni il”, Xanım Əliyeva, Yekaterina İsayeva, Aytac Fərəcova, Məlik Məmmədov və Həmid Həmzəyev isə M.Maqomayevin “Odlar yurdu” və digər əsərləri səsləndiriblər.

Həmrəylik Günü və Yeni il universitetdə qeyd olundu

28 Dekabr 2017 21:35

Azərbaycan Dillər Universitetində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla bildirib ki, neçə gündür hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur və hamı bir-birini təbrik edir, arzularını çatdırır, xoş sözlər deyir. Bu, Azərbaycanın bugünkü mənzərəsidir. Təxminən 20 il əvvəlki mənzərə isə son dərəcə fərqli idi:

“Muğam axşamlar”ı  layihəsinə yekun vuruldu

28 Dekabr 2017 14:50

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı  ilə keçirilən “Muğam axşamları” adlı möhtəşəm layihənin yekun  konserti keçirilib. Olaylar.az bildirir ki, layihənin yekun konsertində Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Dürdanə Ələkbərova, Malik Həsənov, İnci Şirvanlı, Sədəf Budaqovanın ifasında  ”Heyratı”, “Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı”, “Şirvan Şikəstəsi”, ”Kəsmə Şikəstə”  ritmik muğamları səsləndirilib.

Müslüm Maqomayevə həsr edilən müsabiqə

28 Dekabr 2017 14:01

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. Olaylar.az bildirir ki, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada üzrə mübarəzə aparıblar.. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

Hande Erçelin sevgilisindən ayrılmasında İNANILMAZ SƏBƏB

28 Dekabr 2017 13:43

Türkiyəli aktrisa Hande Erçelin keçmiş sevgilisi Mehmet Dinçer ilə ayrılıq səbəbi bəlli olub. Bu barədə dostlarından birinə danışan Hande "Mehmet yaxşı insan idi, amma çox simic idi. Heç pul xərcləmirdi", - deyib.

"Musanın nə ixtiyarı var telefon işlədə" - Təranə Qumral ərinə telefonu QADAĞAN ETDİ?

28 Dekabr 2017 13:38

ARB TV-nin "Səhər-Səhər" verilişində qonaq olan müğənni Nazənin Təranə Qumralla davasından danışıb. Aparıcı Elgizin "İki qardaşınızın toyunu Musa müəllim aparıb?" sualı ilə Nazəninə müraciət etməsi xanım müğənnini özündən çıxarıb: "Millətin toyunu mən edirəm.

Röya Aygünü hədələdi:  Bu dəfə həddini aşdı...

28 Dekabr 2017 12:13

Aygün Bəylər həddini aşıb. Xanəndədirsə, bu ada layiq hərəkət etsin. Bu sözləri əməkdar artist Röya Ayxan Aygün Bəylərin onun haqqında dediyi sözlərə cavab olaraq sosial şəbəkədə qeyd edib. O, media nümayəndələrindən bu məsələnin “qalmaqal” adlandırılmamasını istəyib: “Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı.