Mədəniyyət
Azərbaycanın tanınmış aktyoru ölüm ayağında - VİDEO
Tanınmış aktyor Fikrət Məmmədovun səhhətində ciddi problem yaranıb. Hepatit C virusuna yoluxan aktyor bir müddətdir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən Məmmədov lazımi dərmanları ala bilmir. Həmkarlarının bildirdiyinə görə, bir müddət də belə davam edərsə, onu itirə bilərik.
"Həyat yoldaşımdan ayrıldığıma peşman deyiləm"
Bu gün "Səhər-Səhər" verilişinin qonağı müğənni Xatun olub. Aparıcısı Elgiz Əkbərin olduğu verilişdə xanım ifaçı uğursuz alınan evliliyindən danışıb.
XIX əsrə aid unikal xalça
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda da XIX əsrə aid unikal Bakı xalçası qorunur. Bakı xalçaçılıq məktəbinə xas olan bu süjetli xalça öz qeyri-adiliyinə görə digərlərindən tamamilə fərqlənir. Xalçanın analoqu hələ ki, yoxdu.
Röya ilə Aygünün məhkəməsinin vaxtı bilindi
Əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib. Vəkil Vamiq Şükürovun verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail Rayon Məhkəməsində baxılacaq. R.Ayxan A.Bəylərin "ARB" telekanalının "Səhər-səhər" verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
Milli Kitabxana ilə Los Anceles Universiteti Kitabxanası arasında Anlaşma Memorandumu imzalandı
ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Olaylar.az bildirir ki, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.
Zaurdan SAXTA ŞOU
Dünən "5/5" verilişinin qonaqlarından biri Qədir Qızılsəs olub. Aparıcı Zaur "Bu gün elə bir sənətkarı dəvət etmişəm ki, 2 ildir efirlərdə yoxdur" dediyi müğənni Qədir Qızılsəsi studiaya dəvət edib.
Azərbaycanlı müğənninin 1 ildə 4 bacı-qardaşı öldü - Canlı yayımda ŞOK
Dünən "5/5"in qonağı olan Qədir Qızılsəsin canlı yayımda doğmalarının ölüm xəbəri ilə bağlı açıqlaması hər kəsi şok edib. Aparıcı Zaur Kamalın "Qədir müəllim, ötən il itkiləriniz oldu. Qardaş, bacı ..." sözlərindən sonra müğənni heç kəsin bilmədiyi həqiqəti açıqlayıb:
Tanınmış aşıq vəfat etdi
Aşıq sənətinin tanınmış simalarından biri Aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib. Mərhumun ailə yaxınlarından verilən məlumata görə, infarkt diaqnozu ilə 2 gündür Gömrük Hospitalında reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.
“Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək
Yanvarın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının (AGİ) təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək. Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxartmaqdır. Müsabiqədə Gürcüstandan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinləniləcək.
Vaxtanq Kikabidze Qəbələdə solo konsert verdi
Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı davam edir. Artıq 5 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada MDB ölkələrindən olan tanınmış mügənnilərin, yumor aktyorlarının iştirakı ilə keçirilən rəngarəng konsertlər insanları öz sehrinə qərq edib. Bu festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərir.
“Aşıq musiqisi axşamları”- yeni layihə
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir. Layihədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqisi səslənəcək. Layihə çərçivəsində keçirilən tədbirlər aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr keçiriləcəkdir.
Azərbaycanlı aşıq ağır şəkildə xəstəxanaya yerləşdirildi, komadadır
Məlumata görə, aşıq Azər Vüqar Mahmudoğlu ürək tutması nəticəsində ağır şəkildə xəstəxanaya yerləşdirilib. Aşıqın səhhəti ağırdır, o, hazırda komadadır. Həkimlər onu əməliyyat etmək üçün komadan ayılmasını gözləyirlər.
“Məclislərdə deyirlər ki, atan çox arvadlı olub” - Aytac Vidadiqızından üsyan - VİDEO
Əhməd mənimlə oxuyur. Evdədir hal-hazırda. Vüqar da bizim böyük qardaşımızdır. Demək olar ki, anam saxlayıb. Əhməd də ki, doğma qardaşımdır. Bu sözləri Aytac Vidadiqızı ARB TV-nin "Sayqa ilə Bu axşam" proqramında ailəsindən danışarkən bildirib. Həmçinin qeyd edib ki, atası haqqında deyilən sözlərdən artıq yorulub.
Rəmişdən Rəhmana ağır cavab: “Otur yerində, elə eləmə ki…” - QALMAQAL
Tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin həmkarı, xalq artisti Rəmişlə bağlı açıqlaması qarşı tərəfi özündən çıxardıb.
XIX – XX əsrin əvvəllərinə aid olan zərgərlik məmulatları Tarixi Muzeyinə təhvil verildi
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyətə malik yeni materiallar daxil olub. Bu, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağıdır. Olaylar.az bildirir ki, “Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar muzeyin Xüsusi Fonduna təhvil verilib.


.jpg)











