Mədəniyyət

Aşıq Əlini tanımayacaqsınız

8 Yanvar 2018 18:32

Aşıq Əli Tapdıqoğlu son günlər xeyli çəki atması ilə gündəmə gəlib. Məlumata görə, sənətçinin İnstaqram hesabında paylaşdığı son fotosu da müzakirələrə səbəb olub. Əlinin “Bunlar mənim ürəklərimdir” şərhi ilə yerləşdirdiyi və övladlarının da yer aldığı fotoya izləyicilər suallar yazıb. Onlar şəkildəki şəxsin Əlinin özü olub-olmamasını soruşublar. 

Tanınmış aşıq komaya düşdü, vəziyyəti ağırdı

8 Yanvar 2018 16:58

Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü Vüqar Mahmudoğlu infarkt keçirib. Aşıq Vüqarın oğlu Ələsgər Niftəliyevin məlumata görə, sənətkarın vəziyyəti ağırdır.

Azərbaycanlı müğənni özünə gizli toy etdi - Valideyinlərindən xəbərsiz

8 Yanvar 2018 15:22

Bu gün ARB-də "Səhər-Səhər" verilişində qonaq olan gənc müğənni Mirkamil Kamillovla bağlı şok edəcək faktın üstü açılıb. Sözügedən məlumatı efirdə verilişin aparıcısı Elgiz Əkbər açıqlayıb: "Bunlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər, heç kimə də deməyiblər".

Məhkəmə Xalq artistlərinin yarım milyonluq iddiası ilə bağlı QƏRAR VERDİ

8 Yanvar 2018 13:45

Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qar qarşı iddiası üzrə məhkəmə iclası davam edib.

Rəhmanla Rəmiş hələ də danışmır: "Evinə qədər getdim, məni saymadı"

8 Yanvar 2018 12:44

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə həmkarı, xalq artisti Rəmiş arasında soyuq müharibə hələ də davam edir. Açıqlama verən gitara ifaçısı Rəmişin özündən yaşca kiçik sənətkarlara qarşı qısqanclığından danışıb: “Konsertimə gəlmədiyi üçün aramızda yaranan soyuqluq bu gün də davam edir.

Səhnədə Nigar Camalın başına oyun gəldi, özünü saxlaya bilmədi... - VİDEO

8 Yanvar 2018 12:10

Milli Uğur Mükafatlarının təqdim olunması münasibətiylə keçirilən mərasimdə Nigar Camalın başına iş gəlib. Zərfdə yazılan qalib şirkətin adını açıqlamaq üçün Nigar Camal səhnəyə çıxıb. Müğənni zərfi açanda özünü gülməkdən saxlaya bilməyib. Qonaqlar ulduzun nəyə güldüyünü bilməsə də, Nigar Camalın gülüşü onları da “yoluxdurub”. 

Rəqsanənin qızı 20 yaşını oğlan dostlarıyla belə QEYD ETDİ – VİDEO

8 Yanvar 2018 11:06

Dostları Aysun İsmayılovanın doğum günündə ona sürpriz hazırlayıb. Dünən müğənni Rəqsanənin qızı Aysunun 20 yaşı tamam olub. Müğənniliyə başlayan Rəqsanin qızı Aysunu gecə yarı oğlan dostaları tort və böyük qızılgül dəstəsiylə təbrik edib. O, bu görüntüləri sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

Qaliblər konsert proqramı ilə çıxış edəcəklər

8 Yanvar 2018 09:02

Fevralın 6-da Heydər Əliyev Sarayında Muğam Televiziya müsabiqəsinin qaliblərinin konserti keçiriləcək. Saraydan verilən məlumata görə, konsertdə 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak edəcəklər.

Faiq Ağayevdən maraqlı ETİRAF: “İlk dəfə 4 yaşımda öpüşmüşəm"

5 Yanvar 2018 18:50

“İlk dəfə 4 yaşımda öpüşmüşəm. Qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim”. Məlumata görə, bunu xalq artisti Faiq Ağayev “Klip+” verilişinə açıqlamasında deyib. Sənətçi aparıcının “Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız?” sualına belə cavab verib: “Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var”. 

MÖHTƏŞƏM XATUN

5 Yanvar 2018 18:17

"Azərbaycanda qadınlar elə bil ki, üzr istəyirəm ifadəmə görə, daha ..."

5 Yanvar 2018 16:33

Müğənni-aparıcı Murad Arif diqqətləri aparıcılığını etdiyi "Status" verlişində şou-biznes əhlinin 2017-ci ildə gördüyü işlərə yönəldib. Mövzusu "Ötən il şou-biznes nə ilə yadda qaldı?" olan verilişdə aparıcı "ilin qadın müğənnisi", "ilin kişi müğənnisi" nominasiyaları üzrə məşhurların adına aydınlıq gətirmək üçün bir neçə tanınmış şou yazarının köməyindən istifadə edib.

“Çölçü”dən növbəti uğur

5 Yanvar 2018 15:14

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb. Olaylar.az bildirir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.

Nigar Camaldan gecə klubunda EROTİK RƏQS - VİDEO

5 Yanvar 2018 13:03

“Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camal erotik rəqsinin görüntüləri ilə diqqət çəkib. Gözəllikdə yeganə "rəqibim qızlarımdır" deyən ulduz Yeni il gecəsində klublardan birində çıxış edib. Zahirən Cennifer Lopesə oxşadılan müğənni səhnədə çıxışı zamanı rəqsiylə dünya şöhrətli pop divasını kölgədə qoyub.