“Ürəyimdən kimlər keçdi” kitabı təqdim olunacaq
“XAN xatirə ədəbiyyatı” seriyasının 37-ci kitabı təqdim ediləcək. Olaylar.az bilıdirir ki, yerli nəşrlər arasında ən çox oxunan “Xatirə ədəbiyyatı” seriyasından növbəti kitab işıq üzü görüb. Yazıçı, publisist və naşir Mustafa Çəmənlinin xatirələrindən ibarət “Ürəyimdən kimlər keçdi” kitabı “XAN xatirə ədəbiyyatı” silsiləsinin sayca 37-ci kitabıdır. İndiyədək 30-dan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirərləri toplanıb.
11 Yanvar 2018 09:52 Mədəniyyət"XAN xatirə ədəbiyyatı" seriyasının 37-ci kitabı təqdim ediləcək. Olaylar.az bildirir ki, yerli nəşrlər arasında ən çox oxunan "Xatirə ədəbiyyatı" seriyasından növbəti kitab işıq üzü görüb. Yazıçı, publisist və naşir Mustafa Çəmənlinin xatirələrindən ibarət "Ürəyimdən kimlər keçdi" kitabı "XAN xatirə ədəbiyyatı" silsiləsinin sayca 37-ci kitabıdır. İndiyədək 30-dan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında "Nəşriyyatlarda keçən ömrüm" və "Ürəyimdən kimlər keçdi" adlı xatirərləri toplanıb.
Kitabda yazıçının nəşriyyatda işlədiyi vaxtlarda müxtəlif sənət adamları ilə görüşləri təsvir olunub, onlar haqda xatirələri toplanıb.
Qeyd edək ki, "Ürəyimdən kimlər keçdi" kitabının təqdimat və imza günü 13 yanvar, saat 15.00-da kitabevim.az kitab mağazaları şəbəkəsinin 28 may şöbəsində keçiriləcək.