Zaurdan SAXTA ŞOU

Dünən "5/5" verilişinin qonaqlarından biri Qədir Qızılsəs olub. Aparıcı Zaur "Bu gün elə bir sənətkarı dəvət etmişəm ki, 2 ildir efirlərdə yoxdur" dediyi müğənni Qədir Qızılsəsi studiaya dəvət edib.

Dünən efirə çıxartdığı müğənni 6 ay öncə ... 

Dünən "5/5" verilişinin qonaqlarından biri Qədir Qızılsəs olub. Aparıcı Zaur "Bu gün elə bir sənətkarı dəvət etmişəm ki, 2 ildir efirlərdə yoxdur" dediyi müğənni Qədir Qızılsəsi studiaya dəvət edib.  Aparıcı çoxdandır efirlərdə görünməyən müğənnidən bunun səbəbini soruşub. Zaurun "İki ildir niyə efirlərdə yoxsunuz? Səbəb nədir?" sualına Qədir Qızılsəsin cavabını təqdim edirik: "Mən efirlərə çoxdandır çıxmıram. Çünki səmimiyyət görmürəm. Bəzi aparıcılar qalmaqal edir. Mən musiqi ilə sənətə gəlmişəm. Yəni qalmaqal mənlik deyil də. Ona görə də o verilişlərdə özümü görmürəm. 2 il idi ki, yox idim. Bundan sonra ancaq sənin verilişinə çıxacam". Maraq üçün bildirək ki, Qədir Qızılsəs 6 ay öncə - 04.07.2017 tarixində digər telekanalda İlahə Nizamiqızının təqdimatında yayımlanan "100-dən 1-i" verilişində qonaq idi. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31