“Bu şəhərdə”dən Lənkəranda müəllimlərə məcburi bilet satılması ilə bağlı AÇIQLAMA
“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərdə məcburi bilet satılması ilə bağlı açıqlama verib. Komandanın ssenaristi biletlərin məcburi qaydada satılması xəbərinin həqiqəti əks etdirmədiyini deyib: “Sosial şəbəkələrdə təkcə bizim haqqımızda deyil, idmançılar, siyasətçilər, müğənnilər və digər məşhur simalar haqqında kim nə istəyir yazır. Min şükür ki, bizi müzakirə edirlər. Bu, o deməkdir ki, aktualıq. Nə sirdirsə, hər dəfə konsertlərimiz ərəfəsində belə hallar baş verir”.
4 Yanvar 2018 13:54 Mədəniyyət"Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərdə məcburi bilet satılması ilə bağlı açıqlama verib. Komandanın ssenaristi biletlərin məcburi qaydada satılması xəbərinin həqiqəti əks etdirmədiyini deyib: "Sosial şəbəkələrdə təkcə bizim haqqımızda deyil, idmançılar, siyasətçilər, müğənnilər və digər məşhur simalar haqqında kim nə istəyir yazır. Min şükür ki, bizi müzakirə edirlər. Bu, o deməkdir ki, aktualıq. Nə sirdirsə, hər dəfə konsertlərimiz ərəfəsində belə hallar baş verir".
Müşfiq Abbasovun sözlərinə görə, biletlərin satışı ilə xüsusi şirkət məşğul olur: "Heç vaxt heç bir konsertdə biletlərin satışına nəzarət etməmişik. Müqaviləyə əsasən, bununla özəl şirkət məşğul olur. Almaniyada, Azərbaycanın başqa şəhərlərində də baş tutan konsertlərimizin satışına biz baxmamışıq".
"Bu şəhərdə"nin ssenaristi onu da bildirib ki, dünənki konsert əla keçib: "Biz Lənkərana gəlməzdən əvvəl öyrəndik ki, hər iki konsertlərin biletləri artıq satılıb. İki aydır müxtəlif kanallarda konsertin reklamı və anonsları gedir. Lənkəran şəhərində də afişalar yerləşdirilmişdi".
Məlumat üçün bildirək ki, "Qafqazinfo"ya adını açıqlamaq istəməyən müəllim "Bu şəhərdə"nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satıldığını deyib. Bu barədə məlumatı şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşaraq xəbərin doğru olduğunu qeyd edib. Bildirilib ki, dünən və bu gün baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır: "Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb".
İddialra görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satılıb. Publika.az