Tənha qadın, divar qadın! - Elvin Bakiroğlundan YENI ŞEİR
2 Yanvar 2018 14:21 MədəniyyətOlaylar.az gənc şair Elvin Bakiroğlunun yeni şeirini təqdim edir.
Mənim adım hər qadının sinəsinə yazılmaz,
Adım sənin necə qondu sinənə?
Məni niyə belə rahat buraxdın
Darmadağın, yerlə yeksan, gecəqondu sinənə?
Kişi qadın, adam qadın!
Sevginin diqqət, yastığın vicdan olduğunu xatırladan qadın...
İndi mən xoşbəxt olmaq üçün yox,
Xoşbəxt etmək üçün yaşayıram
Təqvimin son yarpağını.
Səndən öyrəndim insanlığın müqəddəsliyini,
Səndən öyrəndim kişiliyin hamılığını,
Qadınlığın heç kəsliyini.
Tənha qadın, divar qadın!
Gecənin qaranlığına hönkürən canavar qadın...
Gözlerin səhərin ilk işıqları...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31