Mədəniyyət

“Doğma diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunub

22 Dekabr 2017 23:47

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsini elan olunub. Müsabiqənin yekun sərgisi dekabr 26 - da, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd - ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir.

34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı olub

22 Dekabr 2017 22:45

34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.

"Arxalarında dayanan pullu kişiləri..."

22 Dekabr 2017 18:20

"Bizim bu bəzi əməkdar və xalq artistlərini görəndə lap ətim tökülür. Hələ çıxıb yekə-yekə danışıb, efirdən ağıl dərsləri keçib, nəyisə sübut etməyə çalışırlar. Onda da lap sənətdən küsməyim gəlir". Bu sözləri aktrisa Cəmilə Tağızadə aktyorların ünvanına yazıb.

Stilistdən Nigar Camala: "O dərəcədə zövqsüzdür ki..."

22 Dekabr 2017 17:51

“Nigar Camalın zövqlə bağlı problemi var. Bunu üzünə də demişəm”. Bu sözləri stilist Anar Ağakişiyev “Səhər-səhər” verilişində deyib.

Azərbaycanda vəzifəli şəxsdən rəqqasəyə İNTİM TƏKLİFİ: "Gecə üçün mənə 100 min dollar..."

22 Dekabr 2017 15:57

Açıqlama verən Aygün bunun səbəbi kimi dilini dinc qoya bilməməsini göstərib: "Hər zaman çalışıram az danışım. Amma az danışan zaman da düz danışıram. Çünki sevmirəm həyatda yalan danışım, kiməsə şər atım və ya qarşımdakını aldadım. Hər hansı jurnalist sual verərsə, o zaman mən nağıl danışa bilmirəm, açıram sandığı, tökürəm pambığı".

Aygün Bəylərdən Röya barədə GÖZLƏNİLMƏZ SÖZLƏR: “Röyakimilər...”

22 Dekabr 2017 13:53

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişinin qonağı olub. İfaçı gündəmi zəbt edən Röya Ayxan və Nigar Camal qalmaqalına münasibət bildirib. O, Röyanı tənqid edib: Müğənni Elgizin Röyanı tərifləməsinə etiraz edərək bu sözləri deyib: “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir.

Rasim Balayevin səhhətindən xəbər var

22 Dekabr 2017 13:37

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var. Bu barədə açıqlamasında xalq artisti özü məlumat verib. O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib:  "Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə artıq müayinə üçün mənə xəbər edəcəklər".

Naxçıvanda kişilər Damlaya "HÜCUM ETDİ" - Heyrətamiz GÖRÜNTÜLƏR- VİDEO

22 Dekabr 2017 13:21

Müğənni Damla instaqram paylaşımı ilə diqqət çəkib.  Naxçıvanda konsert verən ifaçı mahnılarını tamaşaçılarla birgə ifa edib. Müğənni xüsusilə kişi sevənləri tərəfindən maraqla izlənilib. Onlar əllərində telefon səhnənin qarşısında dayanıblar. Müğənnini onlardan 10 mühafizəçi qoruyub.

“Valideynə görə sənətə gələn uşaq yarıyolda qalar” - Mənsum İbrahimov - VİDEO

22 Dekabr 2017 12:43

"ARB Ulduz"un "Şou məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. İranda konsert proqramı ilə çıxış edib vətənə geri qayıdan xalq artisti, səsinin sehri ilə ordakıları da heyran qoymağı bacarıb.

Aygün Bəylərin toy xəbəri yalan çıxdı: “Gopa basıram, əcəb edirəm”

22 Dekabr 2017 12:21

ARB TV-nin "Səhər-səhər” proqramının budəfəki qonağı Əməkdar artist Aygün Bəylər olub. O, ilk olaraq toy xəbərindən danışaraq, bunun yalan olduğunu etiraf edib: "Mən bir açıqlama edəcəm hamınız şoka düşəcəksiz. Onda gərək ARB mənə güclü qonorar versin. Deməli, mənim ayağım Moskvada tutulmuşdu.

Nigar Camal Röyaya sülh ÇAĞIRIŞI etdi: " Nömrəmi bilirsən, zəng et, danışıb görüşək"

22 Dekabr 2017 12:18

"Deyirlər ki, Nigar o vaxt "Eurovision" musiqi yarışmasında qalib oldu, daha vaxtı keçib. Belə çıxır ki, bizim idmançılar gedib xarici ölkələrdə qalib olublar, indi onlar da heç nədir?" deyə Nigar yarızarafat, yarıəsəbi halda söhbətə başlayır. Yəqin ki, müsahibənin hansı mövzuda olacağından xəbərdar idi. Nigar Camal son dəfə ətrafında dolaşan qalmaqallardan danışaraq, bu məsələyə birdəfəlik nöqtə qoydu.

"Ərimlə oteldə nə işin var idi?" - Nazənin Təranəni biabır etdi

22 Dekabr 2017 12:07

Müğənni Nazənin Təranə Qumralın onun övladı haqqında dediyi "cindar" sözünə cavab verib. Nazənin "Bizimləsən" verilişində Təranənin ünvanına sərt sözlər deyib. O bildirib ki, qarşı tərəfi yenidən məhkəməyə verib: "Bu insan nə qədər azğınlaşıb ki, balalarıma keçib. Deyirlər, hüquqi yolla həll olunacaq... Cavab vermirəm, balalarıma söz deyir. Cavab verirəm deyirlər danışır. Şəkillərimiz bir qoyulur, insanlar ağzına gələni yazır. Məhkəmədə uduzub. Davası mənlə deyil. Yoldaşımdan əl çəkməmək üçün hər şey edir. İstəyir ki, uşaqlarım durub nəsə etsin. Hər gün Allahdan səbr istəyirəm. Susmuşam həmişə. 

Röya qubalıları coşduracaq

22 Dekabr 2017 11:30

Dekabrın 29- da Mədəniyyət və Turizm nazirliyi, Quba rayon İcra hakimiyyəti, “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti baş tutacaq. Olaylar.az bildirir ki, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə baş tutan konsert proqramında əməkdar artist Röya səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcəkdir.

Hüseyn Cavidin sözlərindən ibarət mahnılar

22 Dekabr 2017 09:14

Olaylar.az bildirir ki, “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin Sərəncamına əsasən “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu işıq üzü görüb.